Dünya
17 avqust 2020
232

Razılıq olmasa, İrəvanı ağır dönəm gözləyir – Saqatelyan

Razılıq olmasa, İrəvanı ağır dönəm gözləyir – Saqatelyan


Əgər Qərb Rusiya ilə Lukaşenkodan sonrakı Belarusla bağlı razılığa gəlməsə, o, Rusiya üçün digər regionlarda problemlər yaradacaq.

Bunu Ermənistan prezidentinin keçmiş mətbuat katibi Arman Saqatelyan deyib.

“Bu bizim üçün xüsusilə Türkiyənin son zamanlarda göstərdiyi davranışlar kontekstində böyük risk kəsb edir. Belarusdakı qeyri-stabillik Rusiyadan yeni resurslar istəyəcək. Bu, Moskvanın Cənubi Qafqaza diqqətinin azaldılmasına gətirib çıxara bilər. Belarusdakı qeyri-stabillik həmçinin inteqrasiya strukturlarının işinə neqativ təsir edəcək”, – deyə o bildirib. /Axar.az/