Dünya
28 avqust 2020
310
238 gün aclıq keçirən türkiyəli vəkil vəfat etdi

Türkiyədə 238 gün aclıq aksiyası keçirən məhbus vəkil Ebru Timtik vəfat edib.
Bu barədə vəkilin üzvü olduğu "Halkın Hukuk Bürosu" təşkilatının tvitter hesabında məlumat verilib.
20 mart 2019-cu il tarixində "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 13 il altı ay həbs cəzasına məhkum edilən Timtik 2020-ci il fevralın 3-dən aclıq aksiyasına başlayıb. O, məhkəmənin qərarına etiraz edərək iddiaları rədd edib. 5 aprel tarixindən etibarən isə o aksiyanı ölüm orucu adıyla davam etdirib.
Qeyd edilib ki, ölümündən öncə onun çəkisi 33 kiloqrama düşüb.
Onunla vida mərasimi İstanbul Vəkillər Kollegiyasının binası qarşısında keçiriləcək.




Daha çox xəbər:

Nazirlər Kabinetinin əməkdaşı vəfat etdi
Hadisə
Türkiyədə daha 21 nəfər koronavirusdan vəfat edib
Dünya
Azərbaycanda karantin rejimi qaydalarını pozan vəkil həbs edildi — FOTO
Hadisə
Daha bir həkim koronavirusdan vəfat etdi - Foto
Cəmiyyət
Azərbaycanda evində əməliyyat olunan vəkilin səhhəti pisləşdi
Cəmiyyət