Dünya
25 dekabr 2020
237
Brüsseldə Qarabağla bağlı qərar layihəsi

Belçikanın paytaxtı Brüsselin İxelles bələdiyyəsi Dağlıq Qarabağla bağlı qərar layihəsi hazırlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Qafqazinfo"ya bildirilib ki, Brüsseldə yaşayan Azərbaycan icmasından bildirilib ki, qərar layihəsinin ilkin versiyasında ölkəmizə qarşı qərəzli mövqe ifadə olunub. İcma üzvlərinin İxelles bələdiyyə rəhbərliyinə ünvanladığı müraciət, eləcə də keçirilən görüşlər nəticəsində ədalətli yanaşma təmin edilib və qərarın mətninin dəyişdirilməsinə nail olunub.
Xatırladaq ki, Brüsselin 19 bələdiyyəsindən biri olan İxelles bələdiyyəsi paytaxtın mərkəzi hissəsində yerləşir. 90 min nəfərə yaxın əhalisi olan bu ərazidə 170-dən çox xarici ölkənin vətəndaşı məskunlaşıb.

Daha çox xəbər:

Səfir Fransa Senatının Qarabağla bağlı qərarını şərh edib
Siyasət
Fransa XİN Senatın Qarabağla bağlı qətnamə layihəsini pislədi
Dünya
ABŞ-da Qarabağla bağlı lövhələr quraşdırılıb - FOTO
Dünya
Brüsseldə Azərbaycan Ordusuna kreativ dəstək aksiyası keçirilib - VİDEO
Dünya, Video
Brüsseldə dinc nümayiş iğtişaşlarla başa çatdı — VİDEO
Dünya