Dünya
25 dekabr 2020
207
Məhkəmələr Paşinyana qarşı - Baş nazirin əleyhdarları həbsdən azad edildi
Yerevanda məhkəmə müxalif mövqedə olan, bir gün əvvəl zorakılıq çağırışlarında şübhəli bilinərək saxlanılmış Ermənistan Polisinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəisi, polkovnik Sayat Şirinyanı həbsdən azad edib.
Bu barədə onun vəkili Aram Vardevanyan bildirib.
Bundan başqa, "168.am” onlayn resursunun məlumatına görə, cümə axşamı Yerevan məhkəməsi həmçinin "zorakılığa ictimai çağırış, zorakılığa ictimai bəraət və zorakılığın təbliğatı” maddəsi üzrə şübhəli bilinərək saxlanılmış müxalif "Milli təhlükəsizlik" partiyasının lideri Qarnik İsaqulyanı da azad edib. Bu maddə üzrə maksimum azadlıqdan 1 il məhrum edilmə cəzası nəzərdə tutulur.
Yerevanda müxalifətin aksiyaları keçirilir. Aksiyaların iştirakçıları Qarabağda atəşin dayandırılması haqqında sazişi imzalamış baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. (Report)
Daha çox xəbər:
Yerevanda kütləvi itaətsizlik aksiyaları başlayıb
DünyaErməni müxalifəti Paşinyanın istefası tələbi ilə ölkə üzrə tətilə hazırlaşı ...
DünyaDiaspor təşkilatları Paşinyanın istefasını tələb edir
DünyaYerevanda polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib - VİDE ...
Dünyaİşçi Qrup: Tofiq Yaqublunun həbsdən azad olunması üçün danışıqlar aparılır
Siyasət