Dünya
04 iyun 2020
1069
ÜST: “Pandemiyanın bitməsi hələlik reallıqdan çox uzaqdır”
“Nəzarəti itirən ölkələr daha sərt məhdudlaşdırılmalara, ciddi rejimli karantin qaydalarına qayıda bilərlər”
Bütün dünyaya yayılan COVID-19 pandemiyasında ikinci dalğa və mutasiya mübahisələri qızışıb. Bir çox elm adamı virusun mutasiya edərək, daha da yolxucu və öldürücü hala gələcəyini bildirirlər. Amma Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu iddiaları rədd edir.
Xarici media bildirir ki, ÜST səlahiyyətlisi, həkim Maria Van Kerkove RNA viruslarında olduğu kimi, koronavirusda da zaman içində normal dəyişikliklər baş verdiyini bildirib. Onun sözlərinə görə, dəyişikliklər koronavirusu daha çox yolxucu və öldürücü etmir.
Dünyanın bir çox bölgəsində normallaşma addımlarına da toxunan Kerkove, buna baxmayaraq pandemiyanın ABŞ, Meksika və Braziliyada sürətlə can almağa davam etdiyinə diqqət çəkib.
“Gigiyena və sosial məsafə qaydaları hələ də çox önəmlidir. Pandemiyanın bitməsi hələlik reallıqdan çox uzaqdır. Anlayıram, insanlar qadağalardan yorulub. Amma məhdudlaşdırmalar hissə-hissə aradan qaldırılmalıdır”, – deyə ÜST rəsmisi qeyd edib.
Kerkove qaydalara əməl edilməsə, iqtisadi baxımdan daha kritik vəziyyətin yaranacağını söyləyib: “Pandemiyada nəzarəti itirən ölkələr daha sərt məhdudlaşdırılmalara, ciddi rejimli karantin qaydalarına qayıda bilərlər”. /Ayna.az/
Daha çox xəbər:
Ülvi Quliyev: “Karantin rejiminin sərtləşdirilməsi vətəndaşın sağlamlığının ...
SiyasətDeputat: “Karantin rejiminin sərtləşdirilməsi doğru addımdır, çünki vətənda ...
SiyasətAzərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu
Cəmiyyət“Tək bildiyimiz odur ki, bu virus var və təhlükəlidir” – Koronavaksin çıxıl ...
Gündəm, CəmiyyətAzərbaycanda koronavirus təhlükəsi: Pik hədd yaxınlaşır, reanimasiyalar dol ...
Gündəm, Cəmiyyət