Dünya
01 avqust 2024
210
Araşdırma: COVID-19 Peyvəndləri İnfarkt və İnsult Riskini Azaldır
Britaniya Ürək Fondunun (BHF) Elmi Məlumatlar Mərkəzinin dəstəyi ilə Kembric, Bristol və Edinburq universitetlərinin alimləri COVID-19 peyvəndlərinin gözlənilməz təsirini aşkar ediblər. "Nature Communication" jurnalında dərc olunan araşdırmaya görə, peyvəndlər infarkt və insult hallarını azaldır.
Tədqiqat nəticələrinə görə, peyvəndin ilk dozasından sonra 13-24 həftə ərzində infarkt və insult hallarının nisbəti 10 faiz azalıb. İkinci dozadan sonra bu nisbət "AstraZeneca" peyvəndi üçün 27 faiz, "Pfizer"/"Biotech" peyvəndi üçün isə 20 faiz olub. Venoz trombotik halların azalması da müşahidə edilib.
Bununla belə, COVID-19 vaksinləri ilə əlaqəli bəzi ürək-damar ağırlaşmaları, məsələn, mRNA vaksinlərindən sonra miokardit və perikardit, adenovirus peyvəndlərindən sonra isə trombotik trombositopeniya kimi nadir hallarda aşkarlanıb. Ancaq yeni ciddi ürək-damar ağırlaşmaları müəyyən edilməyib.
Alimlər bu nəticələrin COVID-19 peyvəndinin ürək-damar sistemi üçün təhlükəsizliyini təsdiqlədiyini qeyd edirlər. Peyvəndin faydaları riskləri xeyli üstələyir və COVID-19-un ağır hallarının qarşısının alınması üçün mühüm vasitə olaraq qalır.
Daha çox xəbər:
Koronavirusu ağır keçirənlərin ürəyində fəsadlar aşkarlanıb
ÖlkəBu məhsullar ürək-damar xəstəliklərinin qarşısını alır
ÖlkəƏli Həsənovun vəziyyəti ağırlaşdı — Təcili Türkiyəyə aparıldı
HadisəBu qidalar COVID-19-dan ölüm riskini 35% azaldır — ARAŞDIRMA
ÖlkəElektron siqaretlər ölümcül təhlükəlidir — XƏBƏRDARLIQ
Ölkə