Dünya
17 noyabr 2020
956

Dövlət Bağçalıdan Azərbaycana TAM DƏSTƏK

Dövlət Bağçalıdan Azərbaycana TAM DƏSTƏK


Türkiyə Azərbaycana hərbi qüvvə göndərməsi ilə bağlı qanun layihəsinə şübhəsiz ki, tam dəstək verəcəyik”.
Bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı deyib.

“44 gündə torpaqlarını işğaldan azad edən dost və qardaş Azərbaycanın sonunadək arxasındayıq. Arzumuz təcavüzkar Ermənistanın Dağlıq Qarabağın tamamından, vətən torpaqlarının hər qarışından çıxarılmasıdır”, - deyə o qeyd edib.

Xatırladaq ki, Türkiyə Prezident Administrasiyasının Azərbaycana hərbi qüvvə göndərməsi ilə bağlı hazırladığı qanun layihəsi bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunacaq.

Layihəyə əsasən, 1 il müddətinə Türkiyə hərbçiləri Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.
Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli