Dünya
17 noyabr 2020
956
Dövlət Bağçalıdan Azərbaycana TAM DƏSTƏK
Türkiyə Azərbaycana hərbi qüvvə göndərməsi ilə bağlı qanun layihəsinə şübhəsiz ki, tam dəstək verəcəyik”.
Bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı deyib.
“44 gündə torpaqlarını işğaldan azad edən dost və qardaş Azərbaycanın sonunadək arxasındayıq. Arzumuz təcavüzkar Ermənistanın Dağlıq Qarabağın tamamından, vətən torpaqlarının hər qarışından çıxarılmasıdır”, - deyə o qeyd edib.
Xatırladaq ki, Türkiyə Prezident Administrasiyasının Azərbaycana hərbi qüvvə göndərməsi ilə bağlı hazırladığı qanun layihəsi bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunacaq.
Layihəyə əsasən, 1 il müddətinə Türkiyə hərbçiləri Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.
Daha çox xəbər:
Türkiyədə Azərbaycanla bağlı sənəd bu gün TƏSDİQ EDİLƏCƏK
Gündəm, SiyasətQarabağdakı Birgə Monitorinq Mərkəzinin yerini Azərbaycan müəyyənləşdirəcək
CəmiyyətTürkiyənin Azərbaycana ordu göndərəcəkmi? - TBMM-də müzakirə
Dünya“Dağlıq Qarabağa Rusiya və Türkiyə sülhməramlıları yerləşdiriləcək” - Bahçe ...
DünyaTürkiyə Müdafiə Nazirliyindən Azərbaycana dəstək paylaşımı - Video
Siyasət