Gündəm
15 iyul 2021
307

Qax rayon İcra hakimiyyətinin başçısı Musa Şaban oğlu Şəkiliyev Qax rayonunu 11 - ildir talayır. Vəzifələri və pulları qohumları arasında paylaşdırır.

Qax rayon İcra hakimiyyətinin başçısı Musa Şaban oğlu Şəkiliyev Qax rayonunu 11 - ildir talayır. Vəzifələri və pulları qohumları arasında paylaşdırır.Gündəm xəbər. info saytının məlumatına əsasən Qax rayonunda baş verən qeyri adı vəziyyəti sizinlə bölüşməyi özümə Vətəndaşlıq borcu bildim.
Qax rayon İcra Hakimiyyətinin Başçısının Qax şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən keçirilən 2020 –ci ildə tender müsabiqəsinin qalibi olan “Quality Repair” MMC adlı şirkət öhtəliyinə düşən vəzifəni necə yerinə yetirməsi göz qabağındadır. “Quality Repair” şirkətinin öhtəliyinə götürdüyü Qax şəhərinin küçə və prospektlərində rəngləmə, Şəki-Qax-Zaqatala yolunun şəhər ərazisindən keçən hissəsində və parklarda abadlıq quruculuq işlərini başdan soyudu şəkildə yerinə yetirməsi hamıya məlimdur. Bu laqeyid yanaşmanın səbəbi kimi pondemiya və 2 – ci vətən müharibəsi olduğunu ehtimal edirik. Məhs bu səbəbdən bu şirkətin gördüyü işlər diqqətdən kənar qalıb. Qeyd olunan işlər üçün “Quality Repair” MMC-yə 136 min 326 manat 64 qəpik ödənildiyi göstərilib. əslində isə öhtəliyə düşən vəzifəni qismən yerinə yetirən “Quality Repair” MMC-yə daha çox vəsait ödənildiyi hakda təxminlər var ki bu təxmini fakt kimi təqdim etmək olmur. Lakin bu şirkətin dırnaq arası öhtəlikləri nə dərəcədə yerinə yetirməsi göz qabağındadır.

“Quality Repair” MMC müsabiqədən cəmi 5 ay əvvəl – 30.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Buda bu MMC – nin məhs qax rayonunda keçirilən təmir abadlıq işlərinin görülməsi üçün yarandığını göstərən fakdır. Necə deyərlər pulu bu cibimdən götürüb o cibimə qoyuram...

Onu da bildirək ki, İcra Hakimiyyəti inzibati binanın təmiri üçün rəsmi şəkildə“Quality Repair” MMC-yə 9 min 988 manat pul ödənilib.

Qeyd edək ki, «Dövlət satınalmaları haqqında» Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Onu da bildirək ki, bugünə kimi bir-çox dövlət qurumlarının elan etdiyi tenderlərin qalibləri, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan şirkətlər olub.

Məlumat üçün qeyd edək ki, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şaban oğlu Şəkiliyevdir. Musa Şəkiliyev bu vəzifəni 2010-cu ildə xalası oğlu Mübariz Əhmədzadədən “təhvil alıb”.

Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev həm də Baş Nazirin Müşaviri Əhməd Əhmədzadənin xalası oğludur.

Musa Şəkiliyev başçı olduğu Qax rayonunda onun yaxın ətrafı həm geniş biznes fəaliyyətilə məşğul olur, həm də yüksək vəzifələr daşıyırlar.

2013-cü ilə kimi Qax Mərkəzi Xəstəxananın baş həkimi Musa Şəkiliyevin xalası oğlu və eyni zamanda Əhməd və Mübariz Əhmədzadələrin qardaşı olan Fərman Əhmədzadə olub. Fərman Əhmədzadə 2013-cü ildə vəfat etdikdən sonra onun yerinə oğlu, yəni Musa Şəkiliyevin xalasının nəvəsi Tərlan Əhmədzadə “təyin olunub”.

Musa Şəkiliyevin digər bir xalasının nəvəsi — Vüqar Əhmədzadə isə DSMF Qax rayon şöbəsinin müdiridir.

Musa Şəkiliyevin qardaşı Eldəniz Şəkiliyev isə rayonun ən böyük təsərrüfat müəssisələrindən biri olan (Nİzamnamə kapitalı 507 min 384 manat) “Qax-Tütün” ASC-nin sahibidir. Musa Şəkiliyevin 2014-cü ildə imzaladığı sərəncama əsasən qardaşı Eldəniz Şəkiliyevin şəhərin Aydın Məmmədov küçəsində ümumi sahəsi 2144,7 kv. metr olan kafe tikib.

Bundan başqa rayonda Musa Şəkiliyevin xalasi oğlu və hazırda Zaqatala rayon İcra Hakimiyyətinin başçısı olan Mübariz Əhmədzadənin adına rəsmiləşdirilən 54 700 kv. metr olan istirahət mərkəzi (Qaxbaş kəndi) fəaliyyət göstərir. Qaxbaş kəndində Mübariz Əhmədzadənin oğlu Çoşqun Əhmədzadənin sifarişi əsasında 2 ədəd yaşayış evi də inşa olunub. Çoşqun Əhmədzadə Dövlət Gömrük Komitəsi sədrinin 100/1185Ş saylı, 14 avqust 2018-ci il tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini təyin edilib.

Qaxbaş kəndi həm də Musa Şəkiliyevin digər bir xalası nəvəsi Cuma Əhmədzadənin (Əhməd Əhmədzadənin oğlu) şirkətlərinin qeydiyyatda olduğu kənddir. Eyni zamanda Mərkəzi Bankın sədri Elman Rüstəmovun kürəkəni olan Cuma Əhmədzadənin təsisçisi olduğu “Muğal”, “Uluyurd” şirkətlərinin hüquqi ünvanı Qaxbaş kəndi göstərilib.
Hələ sən demə Qax Rayon icra Hakimiyyəti Başçısı Musa Şəkiliyev Gündəm xəbər saytında gedən bu məqaləyə görə Cabir Məmmədzadəni hədələyib. Xatırlatmaq istəyirik ki, Ali Baş Komandan İlham Heydər oğlu Əliyev məmurların bu kimi qeyri qanuni addımları ilə bağlı çox ciddi xəbərdarlıq etmişdir. Musa Şəkiliyevin xatirinə bu günlərdə həbs edilmiş İcra Hakimiyyəti Başçılarının bu kimi cinayət xarakterli əməllərinə görə idi...

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!