Gündəm, Cəmiyyət, Ölkə, Bölgə
31 avqust 2021
478
9 saylı Ərazi Vergilər İdarəsinin rəisi Elxan Süleymanovun biznes səltənəti
Vergilər naziri islahatlar həyata keçirirsə, regional idarələri təftiş etməlidir. Uzun illər Elxan Süleymanov 9 saylı regional idarəni rüşvət ünvanına çevirib. Vergilər naziri əksər idarələrdə, strukturlarda kadr dəyişiklikləri həyata keçirir. Bu baxımdan sözügedən idarənin fəaliyyəti də araşdırma zərurəti yaradır.
Göyçayda vergi adı altında özünə biznes quran 9 saylı Ərazi Vergi İdarəsinin rəisi Elxan Süleymanov jurnalistləri qəbul etmir. Vergi adı altında özünə Ucar, Kürdəmir və Göyçay şəhərlərində obyektlər açıb istifadəyə verib, dövlət büdcəsini talan etməkdədir. Görəsən Elxan Süleymanov kimə arxayındır, onu himayəsinə alan kimdir. “Burda mənəm, Bağdadda kor xəlifə” deyimini özünə stat götürən Elxan Süleymanov xalqın, millətin, dövlətin malını və büdcəsinə xor baxan məmurlardandır.
9 saylı Ərazi Vergi İdarəsinin rəisi Elxan Süleymanov haqqında aidiyyatı qurumlardan xahiş olunur ki, nəzarətə götürüb ciddi tədbirlər görsünlər.
Araşdırmalarımız hal-hazırda davam etməkdədir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Adil Mahmudov
“Azadlıq+” qəzetinin baş redaktoru