Gündəm, Cəmiyyət, Ölkə
31 dekabr 2022
342

Naxçıvan MR Baş Polis İdarəsinin rəisi Süleyman Nemətov: 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı təbrik etdi

Naxçıvan MR Baş Polis İdarəsinin rəisi Süleyman Nemətov: 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı təbrik etdi
Əziz Həmvətənlər!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il – 2023-cü il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmiş və artıq 31 ildir ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı, 2006 və 2011-ci illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının II və III qurultayları keçirilmişdir. Azərbaycan xalqı və dövləti üçün 2023-cü il də siyasi-iqtisadi və sosial-mədəni həyatda böyük uğurlar əldə edilmiş, iqtisadiyyat dinamik inkişaf yolunda olmuş, ölkəmizin büdcəsi artmış, pensiyalar, təqaüdlər, müavinətlər yüksəlmişdir. Yola salmağa hazırlaşdığımız 2021-ci il Azərbaycan respublikası üçün də sosial-iqtisadi sahədə qazanılan uğurlarla əlamətdar olmuşdur.
Hörmətli həmvətənlər!
Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizə xoşbəxtlik və firavan günlər arzulayıram.

P.S. Bizdə Redaksiyamızın kollektivi adından Naxçıvan MR Baş Polis İdarəsinin rəisi Süleyman Nemətovu Dünya Azərbaycanlılarının Həmrəylik Günü, qarşıdan gələn Yeni ilini və yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edirik, uzun ömür, can-sağlığı, işlərində müvəffəqiyyətlər diləyirik. Ümidvarı ki, Naxçıvan MR-da asayişin və təhlükəsizliyini qorunması yüksək səviyyədə yerinə yetiriləcəkdir və həmişə olduğu kimi Süleyman Nemətov dövlətə-dövlətçiliyə sadiq olaraq Azərbaycan xalqına layiqli xidmət edəcəkdir.
TƏBRİK EDİRİK!


Dilşad Əhmədova
Baş Redaktor