Gündəm, Cəmiyyət, Ölkə
09 iyun 2023
233
Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır
Bildiyimiz kimi 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə “44 günlük” haqq savaşımız oldu. Döyüşdə şanlı ordumuz qalib gələrək tarixi torpaqlarımız olan Qarabağı və ətraf rayonlarını düşmən tapdağı altından azad etdilər. Xalq-dövlət, xalq-ordu birliyi dünyaya bir daha Azərbaycançılıq məfkurəsini sübut etdi. Bu hadisə ölkəmizin bütün vətənpərvərvər sakinləri, ziyalıları kimi, məni də çox sevindirdi və bu qeydləri yazmağa sövq etdi. Vətənpərvər vətəndaşlarımız orduya dəstək kompaniyasında özlərini bütün var-gücü ilə dəstək oldular, əsgərlərimizin yanında oldular.
Belə vətənpərvər oğlullarımızdan biri də Gilan Sənaye Qrupunun rəhbəri Emin Mirzəyevdir. Heç bir təqdimata ehtiyacı olmayan vətənpərvər insandan – Emin Mirzəyevdən danışırıq. Bəli, düzgün düşünürsüz, Emin müəllim vətənpərvər insan, həmişə xeyirxah işlər görən, həmişə dəyərləndirib hörmət bəslədiyimiz əsl vətəndaşdır. Mərhəmət və xeyirxahlıq irsdən gələndir. Emin müəllim rəhbər vəzifəyə təyin olunadan nəinki müəssisədə işləyən işçilərlə, hətta şəhid ailələrin, Vətən müharibəsi əlillərin və aztəminatlı ailələri problemləri ilə yaxından tanış olub onların həlində birbaşa özü iştirak edir, maddi və mənəvi dəstək olur. Emin Mirzəyev dövlət başçısı İlham Əliyev cənablarının uğurlu siyasətini dəstəkləyərək, öz işinin öhdəsində peşəkarlıq nümayiş etdirərək dövlət və dövlətçiliyimizə sadiq olan rəhbərlərdən biridir. Həmişədə Şəhid ailələri, Qazilərimizin, kimsəsizlərin yanında olaraq onların qayğısına qalmışdır. Emin Mirzəyev dövlətimizi və dövlətçiliyimizin ənənələrini yüksək peşəkarlıqla qoruyaraq öz xeyirxah vətənpərvər və vətəndaşlıq borcunu yerinə yetirməkdədir. Emin müəllim demək olar ki, hər yerdədir. Qayğıya ehtiyacı olan uşaqların, Qazilərin, ahılların, gənclərin. Ona hamı hörmətlə yanaşır. Hamının rəğbətini qazanıb, hamı öz dərdini ona rahatlıqla danışa bilir, çünki dinləməyi və dərdə şərik olmağı bacarır. Emin müəllim görüb-götürüb, aldığı tərbiyəsində və özünün dünyagörüşündən qapısına pənah aparan heç kimi əliboş qaytarmayıb. Əlindən gələn bütün köməkliklərini edir. Gilan Sənaye Qrupunun rəhbəri Emin Mirzəyev geniş ictimai fəaliyyəti həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda hər kəsə yaxşı məlumdur. O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, Qarabağ qazilərinə, qaçqın və məcbur köçkün ailələrinə yardım göstərir.
Gilan Sənaye Qrupunun rəhbəri Emin Mirzəyev - İlham Əliyevə və xanım Mehriban Əliyevaya müstəqil demokratik Azərbaycanımıza və vətəndaşlarımıza göstərdiyi xüsusi diqqət və qayğıya dərin minnətdarlığını bildirir. Gələcəkdə Azərbaycanımızın şəhər və rayonlarında abadlıq və quruculuq işlərinin davamlı olmasını arzulayır.
Bundan başqa, Emin Mirzəyev respublikada bir çox mühum tədbirlərdə özünün vətəndaşlıq borcunu yerinə yetirərək bir çox layihələrdə bilavasitə iştirak edir. Onun hər bir layihəsi qayğı və sevgi ilə, xeyirxahlıq arzusu ilə əhatə olunub və bu amillər bir çox insanı Emin Mirzəyevi və onun ideyaları ətrafında birləşdirir.
Təvazökarlığı, xeyirxahlığı, sadəliyi ilə milyonların rəğbətini qazanan Emin müəllim qayğıya ehtiyacı olan insanların hamisinə çevrilib.
Gilan Sənaye Qrupunun rəhbəri Emin Mirzəyev redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
XEYRİYYƏÇİLİK ƏNƏNƏLƏRİ İRSDƏN GƏLƏNDİ
Gündəm, Cəmiyyət, Ölkə, BölgəXEYİRXAHLIQ VƏ ALİCƏNABLIQ İRSDƏN GƏLƏNDİR
Gündəm, Cəmiyyət, Ölkə, SosialXatırlanan xeyirxah insan
Gündəm, Siyasət, Dünya, Cəmiyyət, Ölkə, SosialTəhsil naziri təyin olundu — Emin Əmrullayev kimdir?
ÖlkəEmin Ağalarov Leyla Əliyevanı təbrik etdi — FOTO
Şou biznes