Gündəm, Ölkə
19 iyun 2023
220

Azərbaycan təhsilinin uğurları bu sahəyə göstərilən diqqət və qayğıdan qaynaqlanır

Azərbaycan təhsilinin uğurları bu sahəyə göstərilən diqqət və qayğıdan qaynaqlanır
Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev - Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə baxarkən aydın şəkildə görürük ki, Azərbaycan bütün sahələr üzrə ilkin islahatlar mərhələsini daha çevik keçməyə nail olub. Azərbaycanda inkişaf proseslərinin qanunauyğunluğu, ritmi və sürəti digər təcrübələrdən tamamilə fərqlidir. Bütün bunlar strateji inkişaf kursunun və düşünülmüş ardıcıl addımların, sözün həqiqi mənasında, seçilmiş yola sadiqliyin təzahürüdür.
Artıq hərtərəfli inkişafın lokomotivi olan təhsil insan inkişafının ən mühüm amillərindən biri kimi hər kəsi cəlb edir. Öz övladlarının təhsili, ümumi inkişafı və gələcəyi haqqında həqiqi mənada düşünən və dövlətin yaratdığı təhsil imkanlarından səmərəli şəkildə yararlanan ailələrin say tərkibi ciddi şəkildə artmaqdadır. Bu uğurlar heç də öz-özünə əldə olunmayıb, Azərbaycanda həyata keçirilən sistemli təhsil siyasəti və ardıcıl təhsil islahatları nəticəsində qazanılıb.
Həmçinin ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir. Bu işlər ümumilikdə məktəblilərin təhsil şəraitinin yaxşılaşdırılmasına, daha hazırlıqlı və hərtərəfli yetişdirilməsinə zəmin yaradır
Durmadan inkişaf edən və yeniləşən ölkə təhsili ölkə təhsilinin flaqmanı kimi dövlətin qayğısına öz uğurları və parlaq nəticələri ilə cavab verir. Belə ki, ümumi təhsildə müasir və çevik yanaşmalar sayəsində təhsil müəssisələrimiz istər keyfiyyət göstəriciləri, istərsə də daha sağlam mənəvi-psixoloji mühitin təmin olunması baxımından ciddi uğurlara imza atır. Bütün bu uğurlar ölkə Prezidentinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan qaynaqlanır. Təhsilə olan həssas münasibət son nəticədə müəllim peşəsinin nüfuzunun yüksəlməsində, cəmiyyətdə təhsilə olan müsbət yanaşmaların genişlənməsində və təhsil işçilərinin sosial müdafiəsinin möhkəmlənməsində özünü göstərir.
Təhsilin inkişafı ilə bağlı qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün dövlətin təhsil işçilərinin üzərinə qoyduğu məsuliyyət nə qədər çətin olsa da, bir o qədər şərəflidir. Müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlarda dövlətin qayğısı əsas rol oynayır, təhsil işçilərini daha böyük nailiyyətlərə səsləyir.
Baş redktordan: - Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev barədə bəhs edəcəyik.
Elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə, dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev ləyaqət nümunəsi təhsil rəhbərlərindən biridir.
Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev vəzifəsini vicdanla yerinə yetirən biridir. Rəşad Musayev təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir, saf, təmiz qəlbi var. Rəşad müəllim rəhbər olduğu müəssisədə işçilərin problemləri ilə yaxından tanış olub bir başa həllində öz əlindən gələn köməkliyini edir. O, cümlədən də müəllimlərin dərsə davamiyyətinin yüksək səviyyədə təmin edərək, tələbələrə elmin, təhsilin verilməsində, gənc nəslin savadlı və vətənpərvər ruhda böyüməsində mühüm rolu vardır.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev rəhbər olduğu müəssisədə müqəddəs bir məkan bilərək, həmişə yüksək pillələrdə mənafeyini qoruyub saxlayandır.
Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Biz redaksiya olaraq Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevə işində uğurlar arzu edirik. Ömrünü elmə, təhsilə və gələcəyimiz olan gənclərimizi savadlı böyüməsində həsr etdiyi üçün təşəkkürlərimizi bildiririk.

Dilşad Əhmədova
Baş redaktor