Gündəm, Cəmiyyət, Ölkə
21 iyul 2023
382

"9 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin fəaliyyəti yüksək effektivliyi ilə diqqəti cəlb edir

"9 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin fəaliyyəti yüksək effektivliyi ilə diqqəti cəlb edir
Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Qeyd edək ki, nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır. Bu baxımdan nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi və inkişafı ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat sektorunun formalaşdırılması ölkənin beynəlxalq aləmə çıxışını təmin etməklə yanaşı, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını reallaşdırır. Artıq Azərbaycan beynəlxalq nəqliyyat sistemində əhəmiyyətli rol oynayan ölkəyə çevrilib. Buna ölkəmizin yerləşdiyi coğrafi mövqe və iqtisadi potensialı zəmin yaradır. Elə ölkə daxilində yeniləşdirilən yol infrastrukturu da dövlətin prioritet məsələlərindən hesab olunur. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirib. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur.
"9 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru İlham Yasəf oğlu Cəbrayılov: “Prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində cari ilin ilk 6 ayı ərzində də yol infrastrukturunun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb, respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilməklə bir sıra nailiyyətlər əldə edilib.
Son 19 ildə ölkədə yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı görülən işlər bir daha əminlik yaradır ki, bu sahədə layihələrin icrasının dayanıqlığı və davamlılığı tam təmin olunub.”
İlin ilk rübünün yekunları iş dinamikasının yüksəlməsindən xəbər verir.
Ölkə Prezidenti İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində ötən illərdə olduğu kimi, cari ilin ilk 6 ayı ərzində də respublikamızın bütün ərazisində, o cümlədən də Qarabağda yeni yolların çəkilməsi, yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb, ölkənin avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilməklə bir sıra nailiyyətlər əldə edilib.
Bakıətrafı qəsəbələrin yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Bu arada belə bir məqamı da xüsusilə qeyd etmək istərdik ki, Bakı şəhəri ərazisində yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində görülən işlərdə "9 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin də özünün kifayət qədər böyük payı vardır.
"9 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru İlham Yasəf oğlu Cəbrayılovun rəhbərlik etdiyi MMC ən məsuliyyətli sahələrdə çalışır. Bakı şəhərinin bir çox küçəsi və bir sıra başqa bu kimi yüksək intensivlikli hərəkət rejimi ilə seçilən küçə və prospektlərdə əsaslı təmir-tikinti işlərini həyata keçirmişdir. Qeyd etmək lazımdır ki, bütün bu işlər Yasəf Cəbrayılovun rəhbərlik etdiyi "9 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC -nin əmək kollektivi tərəfindən yalnız yüksək keyfiyyətlə və təyin edilən qrafiklərə uyğun şəkildə həyata keçirilir. Bunun da əsas səbəblərindən biri MMC-nin direktoru Yasəf Cəbrayılovun öz işinə xüsusi yanaşma tərzi təyin etməsidir. Hətta bunu da demək olar ki, Araz müəllimin yol tikintisi ilə bağlı özünün bir fəlsəfəsi vardır. Ölkə mətbuatına verdiyi müsahibələrinin birində Yasəf Cəbrayılov bu məsələyə dair fikirlərini belə ifadə etmişdi: “Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə ölkədə həyata keçirilən irimiqyaslı layihələrin tərkibində xüsusi yeri və çəkisi olan yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı görülən işlər bir daha əminlik yaradır ki, bu sahədə layihələrin icrasının dayanıqlığı və davamlılığı tam təmin olunub. Bunu son 19 ildə ölkə üzrə çəkilən bir neçə min kilometr uzunluğunda yolların keyfiyyətindən də görmək olur. Bu yollar bir çox sahələrin inkişafına təkan verir, hər bir kənd və qəsəbəni ümumi inkişaf prosesinin bir hissəsinə çevirir. Təsadüfi deyil ki, indi ölkədə turizmin inkişafına müsbət təsri göstərən yeni və müasir yollar ucqar dağ kəndlərinə, o cümlədən Qarabağımıza və mədəniyyət paytaxtımız sayılan Şuşa şəhərinə qədər uzanır, bu yerlərə xarici qonaqların gəlməsinə geniş imkanlar açır, Azərbaycanın tarixinin, mədəniyyətinin təbliğinə xidmət edir. Əlbəttə ki, bu fikirlərin müəllifi əməli işlərində də dövlətimiz tərəfindən qarşıya qoyulan vəzifələrin dəqiq və səmərəli icrasını təmin edə bilmək üçün həm özünün, həm də rəhbərlik etdiyi kollektivin bütün potensialını, bilik və təcrübəsini hər zaman səfərbər vəziyyətdə saxlamağı bacarır. Məhz bunun nəticəsidir ki, icrası "9 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC -yə həvalə olunmuş layihələrin uğuru da sanki əvvəlcədən müəyyənləşdirilmiş olur.
Şübhə etmirik ki, Yasəf müəllim yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti hələ uzun illər "9 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC MMC-nin Bakı şəhərində və bölgələrimizdə yolların müasir standartlar səviyyəsində yenidən qurulması işinə, eləcə də yerli iqtisadiyyatın inkişafına yeni böyük töhfələr verməsini təmin edəcəkdir.
Artıq qətiyyətlə demək olar ki, müasir yol infrastrukturu Azərbaycanda özünün layiqli yerini tutub. Artıq Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir. Magistral yollarımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə, xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Bir sözlə, müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.

Dilşad Əhmədova
Baş redaktor