Gündəm, Siyasət, Ölkə
12 sentyabr 2023
343

Vətənə, dövlətə, xalqa sədaqət nümunəsi

Vətənə, dövlətə, xalqa sədaqət nümunəsi
Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov: Bildiyimiz kimi 2022-ci ilin dekabr ayında Müzəffər Ali Baş komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə müasir Azərbaycan Respublikasının qurucusu və banisi, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin 100 illiyi bağlı 2023-cü ili məhz “HEYDƏR ƏLİYEV İLİ” olaraq sərəncam imzaladı. Bütün dünyaya məlumdur ki, Ulu Öndər Heydər Əliyev yeni Müstəqil Azərbaycanı yaradıcısı və bu günə qədər də onun ideyalarına sadiq qalaraq siyasətini uğurla davam etdirəm siyasi varisi Prezident İlham Heydər oğlu Əliyevdir. Ulu Öndərimizin Azərbaycan xalqına, Azərbaycan dövlətinə həsr olunmuş fəaliyyəti və ömür yolu gələcək nəsillərə bir nümunədir və bunu nəsildən-nəsilə ötürmək hər birimizin, ən başlıcası Azərbaycan vətəndaşı olaraq hər birimizin borcudur.
Azərbaycan xalqının böyük oğlu, bəşər tarixində silinməz izlər qoymuş ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri hər birimizə yaxşı məlumdur. Müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Bu gün müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmişdir.
Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan Respublikasının memarı və xilaskarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli lider Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi və bənzərsiz liderlik keyfiyyətləri ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə – müstəqilliyi daimi, dönməz və əbədi etməyə müvəffəq olmuş, xalqımıza qürur və iftixar mənbəyi olan çoxsaylı tarixi nailiyyətlər qazandırmış, yeni, müasir və müstəqil Azərbaycan reallığını yaratmış müdrik dövlət xadimidir.
Heydər Əliyev ideyaları həm xalqımızın mənəvi-siyasi sərvəti, həm də Azərbaycan dövlətinin inkişafını, xalqımızın xoşbəxt gələcəyini təmin edən dəyərlər sistemi kimi müstəsna əhəmiyyətə malikdir. Ulu Öndərin ideyaları, eyni zamanda, milli həmrəyliyi təmin edən, dünya azərbaycanlılarını vahid məqsəd ətrafında – Azərbaycan naminə birləşdirən məfkurədir.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı.
Ulu öndər Heydər Əliyev ölkənin bütün sahələrində olduğu kimi, ədliyyə sistemində də mühüm islahatlar aparılmasına nail oldu və Azərbaycan ədliyyəsi öz inkişafının növbəti mərhələsini yaşamış oldu.
Bu gün Azərbaycanın saysız-hesabsız uğurlar qazanması, yeni-yeni nailiyyətlər əldə etməsi, beynəlxalq aləmdə nüfuzunun günbəgün artması, ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsi, həyat şəraitinin durmadan yaxşılaşdırılması, bir sözlə, arzulanan layihələrin reallaşması Heydər Əliyevin adıyla bağlıdır. Min illər sonra da qazanılan uğurlar ümummilli liderimizin gərgin əməyinin bəhrəsini kimi qiymətləndiriləcək.
Bu gün müasir Azərbaycan müstəqillik sisteminin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dühası ilə ölkəmizdə ədliyyə fəaliyyəti yenidən quruldu və onların gələcək inkişafının təməli qoyuldu. Bu gün bu sahədə islahatlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrü və siyasi irsi indiki və gələcək nəsillərə nümunədir. Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidir. Onun işıqlı xatirəsi ədliyyə işçiləri olaraq hər birimizin, xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Zəruri giriş: Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirmişdir. 1980–1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib.
1986–1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992–1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997–2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009–2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsi iştirakçısıdır. Polkovnikdir.
Ailəlidir, 2 övladı var.

P.S. Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz fəaliyyəti ilə təkcə işlədiyi işlərdə deyil, yaşadığı yerdə, dost-tanış və qohum-əqraba arasında da fəaliyyəti ilə olduqca qürurvericidir.
Düşünürəm ki, işə qəbul ediləcək insanların sahəvi bilik və bacarıqları ilə bərabər həm də şəxsi və əxlaqi keyfiyyətləri çox mühimdir. Bəzi hallarda insanın bu keyfiyyətləri sahəvi biliklərindən daha da üstün tutulur. Bu gün bəhs etdiyimiz insan bu cür keyfiyyətlərlə daha zəngindir. Bu da onu göstərir ki, şərəf, ləyaqət və vicdan hissi insanlara irsdən və kökdən gələndir.
Niyazi Bayramov işlədiyi müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, hadisələrə geniş baxışı ilə iş təcrübəsində yeni bir səhifəni açmış oldu. Bu da öz növbəsində idarəetmədə xarakter əsas səbəblərdən biridir. Niyazi Bayramovun fəaliyyəti geniş bir sahəni əhatə edir. Bildiyiniz kimi ictimaiyyətlə işləmək çox çətin olduğu kimi, həm də mürəkkəbdir. Baxmayaraq ki, işin ağırlığı və məsuliyyətliliyi çox olsa da, Niyazi müəllimin öhdəsindən professionallıqla gələ bilir. Bu aradan belə qənaətə gəlmək olar ki, Niyazi müəllimin həm savadı, həm ləyaqəti, həm də dövlətə sədaqəti başqa məmurlardan fərqləndirir. Şəhid ailələrinə, Qarbağ əlillərinə, kimsəsizlərə diqqət və qayğısı ilə özünün fərdi keyfiyyətləri ilə fərqlənir Niyazi Bayramov.
Bir insan özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan Niyazi Bayramovdur.
Niyazi müəllim yüksək insanlığı ilə seçilən bir insan və icra başçısıdır!
Niyazi müəllim vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Niyazi müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri ölkənin ikinci böyük şəhəri sayılan Gəncə şəhərinin icra başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün postlarda özünü doğruldub.
Bizdə hörmətli Niyazi müəllimə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Dilşad Əhmədova
Baş redaktor