Gündəm, Cəmiyyət, Ölkə
13 oktyabr 2023
1079
Peşəkar rəhbər, məsuliyyətli və cavabdeh – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Əlirza Süleymanov
Bu dəfə söhbət açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər eloğlumuz “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Əlirza Məmməd oğlu Süleymanov olacaqdır.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən Əlirza müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə yüksək reytinqə malikdir.
Əlirza Süleymanov öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir..
... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIĞI kimidir: Paytaxtda kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatçı hüquqşunas, rəhbər işçi, gözəl insan və əsl Vətən daşı!
Bu gün Azərbaycan xalqının tarixinin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gündür. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu.
Əlirza Süleymanov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Əlirza müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərmişdir.
Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Əliirza müəllimin böyük genetik irsin varisidir.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrin 1-ci müavini Əlirza müəllim olmaqla Dəmiryol İşçilərinin peşə bayramı münasibəti ilə redaksiyamızın kollektivi adından təbrik edir, uzun ömür, can sağlığı, həmişə yolları açıq olsun. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Əlirza Süleymanovun tərcümeyi-halı: Əlirza Süleymanov 8 yanvar 1958-ci ildə Hacıqabul rayonunun Rəncbər kəndində anadan olub. Ali təhsillidir. Lenin Ordenli və Qırmızı Əmək Bayrağı Ordenli Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir.
O, əmək fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dəmir Yolunun Bakı lokomotiv deposunda briqadir və sonra mühəndis kimi başlamışdır. 1982-1985-ci illərdə Biləcəri lokomotiv deposunda usta, briqadir və böyük mühəndis, 1985-1988-ci illərdə deponun partiya komitəsi katibinin müavini, 1988-ci ildə Biləcəri dəmir yolu qovşağının partiya komitəsi katibinin müavini, 1988-1989-cu illərdə Azərbaycan Dəmir Yolunun Bakı hissəsinin kadrlar şöbəsinin rəisi, 1989-1990-cı illərdə dəmir yolunun Bakı hissəsi rəisinin kadr və sosial məsələlər üzrə müavini, 1990-1991-ci illərdə Bakı vaqon deposunun rəisi vəzifəsində çalışıb.
1991-1993-cü illərdə Azərbaycan Dəmir Yolunun kadrlar şöbəsi rəisinin müavini, 1993-1996-cı illərdə Ələt refrijerator vaqon deposunun rəisi, 1996-1997-ci illərdə ”Sərnişindaşıma” İstehsalat Birliyinin rəisi, 1997-2010-cu illərdə Azərbaycan Dəmir Yolu rəisinin müavini vəzifələrində çalışıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2010-cu il tarixli Sərəncamı ilə Əlirza Məmməd oğlu Süleymanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
“Fəxri dəmiryolçu” Əlirza Süleymanov çalışdığı bütün vəzifələrdə özünü bacarıqlı mütəxəssis, təcrübəli rəhbər işçi kimi göstərmiş, dəmir yolunda aparılan islahatların, yenidənqurma və modernləşmə işlərinin həyata keçirilməsində bütün bilik və bacarığından istifadə edir.
Peşəkar dəmiryolçu, qayğıkeş rəhbər, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Əlirza Məmməd oğlu Süleymanovu bir daha peşə bayramı münasibətilə ürəkdən təbrik edir, ona çətin və məsuliyyətli işində yeni-yeni uğurlar diləyirik.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
Cəmmədrəsul İlyasov işini vicdanla görən şəxsiyyətlərdəndir
Gündəm, Cəmiyyət, ÖlkəŞƏRƏFLİ VƏ MƏNALI ÖMÜR YOLU
Gündəm, Ölkə, BölgəXEYRİYYƏÇİLİK ƏNƏNƏLƏRİ İRSDƏN GƏLƏNDİ
Gündəm, Cəmiyyət, Ölkə, BölgəYAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR
Gündəm, Cəmiyyət, ÖlkəYAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR
Gündəm, Cəmiyyət, Ölkə