Gündəm, Siyasət, Ölkə
15 oktyabr 2023
301
23 saatlıq uğurdan Xankəndiyə!
Artıq növbəti addımların atılması zamanı çatdı - Qarabağdakı erməni əhalisinin reinteqrasiyası prosesi və hazırkı dövrə qədər xunta rejiminə aid cinayətkarların Azərbaycan qanunları qarşısında cavab vermə saatlarının yaxınlaşması...
Beləliklə, cəmi 23 saat ərzində Azərbaycan Silahlı Qüvvələri keçirilən antiterror tədbirləri nəticəsində separatçı tör-töküntülərini dizə gətirdi və bu fakt bir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır. Artıq Qarabağ məsələsi 20 sentyabr 2023-cü ildə birdəfəlik bağlandı!
Nəticədə son söz deyildi - terrora antiterrorla cavab verildi və Ermənistanın havadarlığı altındakı xunta ağ bayraq qaldırmalı oldu.
Belə ki, bütün bu prosesə qədər rəsmi Bakı 30 il BMT-nin məlum 4 qətnaməsinin həyata keçirilməsini gözlədi. Lakin bu gözləmə və aparılan danışıqların səmərəsizliyi 2020-ci ilin 27 sentyabrında başa çatdı. Daha dəqiq desək, 44 gün ərzində Ermənistanın işğalçı siyasəti məzara gömüldü. BMT-nin qətnamələri məhz Azərbaycan ordusu tərəfindən həyata keçirildi.
Lakin sonrakı 3 ildə də Bakı səbr və təmkin nümayiş etdirdi, bir sıra dövlət başçılarının Azərbaycanın ərazi bütövlüyünü tanıması faktoruna qarşılıqlı hörmətlə yanaşdı. Amma son anda Qarabağdakı saxta rejimin qondarma "prezident seçkilərini" keçirməsinə, ardıcıl diversiya və terror siyasətinin davamına əsla yol verilə bilməzdi!
Nəticədə son söz deyildi - terrora antiterrorla cavab verildi və Ermənistanın havadarlığı altındakı xunta ağ bayraq qaldırmalı oldu.
Prezident İlham Əliyev bu dəfə də erməni işğalına bu və ya digər şəkillərdə dəstək göstərən müxtəlif dairələrin var-gəllərinə, çığır-bağırlarına əhəmiyyət verməyərək, ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması üçün qırmızı düyməyə basdı və...
Daha bir diqqətçəkən məqam isə bu oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev bu dəfə də erməni işğalına bu və ya digər şəkillərdə dəstək göstərən müxtəlif dairələrin var-gəllərinə, çığır-bağırlarına əhəmiyyət verməyərək, ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması üçün qırmızı düyməyə basdı və...
Və cəmi 23 saatda düşmənin başı əzildi! Bəli, bu, növbəti bir zəfər dastanı kimi tariximizin şanlı səhifəsinə yazılan reallıqdır. Bu müddət ərzində dünya növbəti dəfə şahidi oldu ki, Silahlı Qüvvələrimiz necə yüksək peşəkarlığa malik yenilməz Ordudur. Azərbaycan istədiyini həyata keçirdi, bütün şərtlərini düşmənə qəbul etdirdi. Azərbaycan bundan sonra artıq bütün ərazisinə tam nəzarət edəcək, "boz zona" deyilən ifadə isə ömürlük aradan qaldırılır.
General: "Azərbaycan Cənubi Qafqazdakı gücünü dosta-düşmənə birdəfəlik göstərdi"
Bu arada, ehtiyatda olan türkiyəli general Yücel Karauz baş verənlərlə bağlı ölkə mətbuatına açıqlamasında deyib ki, Ermənistan və Qarabağda yaşayan bütün ermənilər ağ bayraq qaldıraraq bütün şərtləri qəbul etdilər: "Bu, əslində, 10 noyabrdan sonra Ermənistanın ikinci dəfə ağ bayraq qaldırmasıdır. İndiki vəziyyət kaş ki, 34 ay əvvəl olardı. Erməni xalqı Azərbaycanın çağırışlarına qulaq asmadan terror fəaliyyəti ilə məşğul oldular. Azərbaycan öz əsgər, ordu və diplomatları ilə bir daha doğru yolu göstərdi. Azərbaycan Ermənistana bir daha dəmir yumruğu və gücünü göstərdi".
General əlavə edib ki, son əməliyyatı yalnız güclü siyasi lider, dövlət quruluşu və ordu edə bilərdi: "Azərbaycan isə bunu etdi. Azərbaycan Cənubi Qafqazdakı gücünü dosta-düşmənə birdəfəlik göstərdi. Ümid edirəm ki, Ermənistanın ağ bayraq qaldırması və qeyri-şərtsiz təslim olması bir oyun olmaz. Azərbaycan vətəndaşı olaraq Azərbaycan bayrağı və Azərbaycan Konstitusiyası ilə yaşamağa davam edərlər. Bu ikinci dəmir yumruq əməliyyatı Azərbaycan xalqı və ordusu üçün xeyirli olsun".
Beləliklə, artıq növbəti addımların atılması zamanı çatdı - Qarabağdakı erməni əhalisinin reinteqrasiyası prosesi və hazırkı dövrə qədər xunta rejiminin cinayətkarlarının Azərbaycan qanunları qarşısında cavab vermə saatlarının yaxınlaşması...
Rəşadətli ordumuz Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində erməni hərbi birləşmələrini diz çökdürdü.
cəmi 24 saat ərzində qarşı tərəf ağ bayraq qaldıraraq təslim oldu: “Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciəti zamanı Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı fikirlər səsləndirdi. Bu, hər birimizdə böyük qürur hissi doğurur”.
Şanlı ordumuzun 44 günlük müharibədən sonra da Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alması bir daha ordumuzun gücünün göstəricisidir: “Antiterror tədbirləri zamanı da Azərbaycan hərbçiləri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı yüksək səviyyədə yerinə yetirərək yalnız hərbi infrastruktur sıradan çıxarıldı. 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa edildi”.
Ermənistan 3 ilə yaxın müddətdə üçtərəfli bəyanatın bir sıra müddəalarını yerinə yetirməyib: “Bəyanatın 4-cü bəndinə əsasən Ermənistan silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalı idi. Lakin indiyə qədər bu bənd yerinə yetirilməmişdi və bu qüvvələr davamlı olaraq hərbi təxribatlar törədirdi. Ona görə də ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı təhdid yaranırdı. Nəhayət, ordumuz antiterror tədbirləri həyata keçirərək 4-cü bəndi yerinə yetirmiş oldu. Bu, dövlətimizin BMT-nin Nizamnaməsinə əsaslanan müstəsna hüququdur. Ümumiyyətlə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti qarşıya qoyduğu hədəfləri reallığa çevirir. Təbii ki, bu uğurlara əsas verən ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətidir. Otuz illik işğal dövründə xalqımız hər zaman bu əminliyi ifadə etdi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, bu ərazilərdə yeni həyat başlayacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin keçmiş məcburi köçkünlərlə görüşlərində onlar üçün yaradılan şəraitin müvəqqəti olması, tezliklə münaqişənin həll edilərək öz doğma yurd-yuvalarına qayıdacaqları ilə bağlı böyük inamla söylədiyi fikirlər, bu istiqamətdə atılan addımlar xalqımızın gələcəyə əminliklə baxmasını şərtləndirdi”.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir: “Prezidentin xalqa müraciətində dediyi “İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!” gələcək uğurlarımızı və hədəflərimizi də şərtləndirir. Prezident İlham Əliyev xalqa müraciətində Ermənistanın havadarlarına, regionumuzda münaqişələrin mövcudluğuna maraqlı olan xarici qüvvələrə də ciddi mesajlar verdi. Azərbaycan Prezidenti müraciətində bir daha bəyan etdi ki, biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Regionumuz sülh və əməkdaşlıq məkanına çevrilir. Azərbaycanın mövqeyi bundan ibarətdir!”.
Ziyəddin Quliyev
“Azərenerji” ASC-nin vitse-prezidenti
Daha çox xəbər:
MÖHTƏŞƏM 20 İL
Gündəm, Siyasət, ÖlkəMÜZƏFFƏR ALİ BAŞ KOMANDAN AD GÜNÜNÜZ MÜBARƏK!
Gündəm, Siyasət, ÖlkəAli Baş Komandanımız və güclü Ordumuz sayəsində Qarabağımıza qovuşduq
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəZəfər Günü Azərbaycanın taleyinə yazılmış sevinc payıdır
Gündəm, Siyasət, Cəmiyyət, Ölkə, SosialManaf Səmədzadə: Zəfər paradı ordumuzun ən güclü ordulardan biri olduğunu b ...
Cəmiyyət