Gündəm, Cəmiyyət, Ölkə
30 oktyabr 2023
563

Mənəviyyat zirvəzində olan vətənpərvər insan Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev

Mənəviyyat zirvəzində olan vətənpərvər insan Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev
Bu dəfə söhbət açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər insan, işinin öhdəsindən peşəkarlıqla gələn Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyevdir.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən Bəylər müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir.
Bəylər müəllim öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifənin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
Hər bir tanınan insanın şəxsiyyətini araşdıranda, bir çox amillərə, komponentlərə əsaslanıb istinad edərək nəticəmizi çıxarırıq. Savadını, işgüzarlığını, fəaliyyətini, məsuliyyətini, davranış tərzini,... nəzərə alıb onun haqqında mülahizələr yürüdür, fikir söyləyirik. Bundan sonra onu layiq bildiyimiz sıraya, ucalığa aid edib, şəxsiyyətini, həyat fəaliyyətini bugünkü prinsiplər əsasında qiymətləndiririk. Hər kəs bu dünyada əkdiyini biçir. Bəli, hər bir insana gördüyü işlər müqabilində qiymət verilir.
Yazımın əvvəlində tanınmış vətənpərvər insan, milli adət ənənələrimizin qoruyucusu Bəylər Əliyevin çətin, keşməkeşli, ancaq şərəfli və ləyaqətli ömür hekayəsinin proloqunu verdik!
Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev ömür yolunu arayıb-araşdırdıqda bir nəticəyə gəlirik, bu böyük insan zəhmətlə xoşbəxt olan insanlar sırasındadı. Bu gün müasir Azərbayçan kişi obrazını əməli fəaliyyəti ilə özündə ehtiva edənlərdən biridi Bəylər Əliyev.
Bəylər Əliyev hər istiqamətdə göstərdiyi nümunəvi rəhbər missiyası bu gün öz nəticəsini göstərməkdədi.
Yaşamaq tərzini bilən insan xoşbəxtliyini əldə edən elə kamil insandı. Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev hər gün bu xoşbəxtliyi qapısından içəri buraxan ləyaqət, iradə sahibidi. Bəylər müəllim insani keyfiyyəti ilə, uğurlarına xoşbəxtlik budu deyib xoşbəxt olanlardandı. Bəylər müəllim doğma Azərbaycanımızdan sövglə, fəxrlə danışır, Qarabağ müharibələrində igidlik göstərən mərd oğullarımızın ona bir mədəniyyət işçisi kimi məhəbbətlə, ərklə yanaşmalarından sevinclə, qürurla danışır. İnsan öz əkdiyini biçir, sevgi, məhəbbət paylayır ətrafa. Nəticədə o sevgini geri alır. Xoşbəxtlik budu, Allahın altında etdiklərinə Allahın cavabı birdi, sevgi və Allah xeyir duası, sağlığında qazanılan savab! O, narahat vətəndaşdı pandemiyanın cərəyan etdiyi ilk dönəmlərdə bir çox insana həm maddi, həm mənəvi kömək əlini uzatdı.
Siz, hamının dostu, arxası, köməkdarı, himayədarı olmaqla yanaşı, nümunəvi rəhbər, həyat yoldaşı, qayğıkeş ata, səriştəli peşəkar, rəhbər olmaqla yanaşı, həmdə vətənpərvərsiniz. Bu sübutdur ki, siz həmişə ehtiyacı olanların, tənhaların, xəstələrin inam və istinad yerisiniz. Siz çox şəhid, qazi ailələrinin qayğkeşisiniz. Bu da böyük sübutdur ki, 44 günlük vətən müharibəsində qəhrəman oğullarımıza öz diqqətinizi və qayğınızı ləyaqətlə sərgilədiniz. Bu gün də onların yanındasınız. Həyat Sizi heç dəyişdirmədi. Bu mətanətinizə görə Sizə minnətdarıq. Bəylər müəllim çox saq olun ki, beləsiniz, sadə, səmimi, qayğıkeş... Ləyaqətinizə görə, dəyanətinizə görə, mətanətinizə görə, çoxşaxəli sevginizə görə Sizə minnətdarıq. Sizin kimi yaxşıların çiyinlərində bərqərardı bu dünya. Yoxsa məhvərindən qopardı.
Siz, hamının arzularının çin olmasında köməkçisiniz. Bir şəxsiyyət kimi ürəyinizdə olan bütün arzular Allahın köməkliyi ilə çin olsun.


Dilşad Əhmədova
Baş redaktor