Gündəm, Cəmiyyət, Ölkə
30 noyabr 2023
412

ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ VƏ YA AĞXALATLI MƏLƏK

ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ VƏ YA AĞXALATLI MƏLƏK
Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanaları, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.
Müdriklərdən bizə ərmağan qalan el məsəlində deyilir ki, Tanrı insana yaşlanmaq deyil, yaş almaq nəsib etsin. Ömrünü elmə sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən alim camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu keçənlərdən biri də Bərdə rayonu Hacallı kənd həkim məntəqəsinin həkimi Nazibə Alıyevadı.
Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Hətta, xarıcı dövlətlərdən belə müayinə olunmaq üçün Azərbaycana gələrək bizim həkimlərimizə müraciət edən yüzlərlə vətəndaşlar vardır. Belə tibb ocaqlarından biri də Bərdə rayonu Hacallı kənd həkim məntəqəsidi. Yuxarıda qeyd etdiyim kimi yüksək ixtisaslı həkim və tibbi əməkdaşların çalışdığı bu tibb ocağanda xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır.
Yüksək standartlara cavab verən bu tibb məntəqəsi geniş quruculuq və abadlıq işləri görülmüşdür. Məntəqədə vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır.
Mən sağlamlığım üçün əhəmiyyət kəsb edən bu məntəqədə həkim və tibbi heyətin həm peşəkarlığını, həm təcrübəli olmalarını, eyni zamanda da xəstələrə göstərdikləri diqqət və qayğını görüb, bu haqda yazmağı qərara aldım. Çünki, bu gün hər kəs sağlamlığını bacarıqlı həkimlərə etibar etməyə üstünlük verir. Bu nöqteyi-nəzərdən belə həkimlərin tanınması vacibdir. İlk olaraq Bərdə rayonu Hacallı kənd həkim məntəqəsinin həkimi Nazibə Alıyeva haqqında oxucularıma məlumat vermək istəyirəm.
Bu günədək həkim kimi fəaliyyət göstərən Nazibə xanım ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. Nazibə həkim xəstələrin qəlbini həmişə sevindirib, müalicəsini düzgün edib tam sağaldaraq xəstəxanadan yola salır. Nazibə həkim sanki İlahi bir qanunun keşiyində duraraq xalqına, millətinə, dövlətinə layiqincə xidmət edir. Nazibə həkim kollektiv arasında da böyük nüfuza malikdir, böyük idarəçiliyi ilə heç bir tibb personajın qəlbinə dəymədən onlarla birlikdə çalışır. Əsl hümanistlik məhz Nazibə həkimdə öz əksini tapır.
Bərdə rayonu Hacallı kənd həkim məntəqəsinin həkimi Nazibə Alıyeva Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının yürütdüyü daxili və xarici siyasətini dəstəkləyərək, Prezidentin verdiyi əmr və sərəncamlarını, səhiyyə sistemində qəbul etdiyi qərarlarını layiqincə, yüksək peşəkarlıqla həyata keçirərək rəhbərliyin və xalqın qarşısında nüfuz qazanmışdır.
Mən Bərdə rayonu Hacallı kənd həkim məntəqəsinin həkimi Nazibə Alıyevaya və digər tibb personajına dərin münnətdarlığımı bildirirəm, belə həkim və tibb işçilərimizin olmağı ilə fəxr duyuram. Bu cür tibbi heyət xalqını sevən, ona qayğı göstərən əsl vətəndaşlıqdan əlavə, ən yüksək təltiflərə layıqdirlər. İşlərinizdə daim uğurlar arzulayıram.
Dilşad Əhmədova
Baş redaktor