Gündəm, Ölkə
06 fevral 2024
548
ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ – HİPOKRAT ANDI İÇƏNLƏR
Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanalrı, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.
Müdriklərdən bizə ərmağan qalan el məsəlində deyilir ki, Tanrı insana yaşlanmaq deyil, yaş almaq nəsib etsin. Ömrünü elmə, sağlamlığa, mədəniyyətə sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən alim camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu keçənlərdən biri də Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkim Şahlar Hüseynovdur.
Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Hətta, xarıcı dövlətlərdən belə müayinə olunmaq üçün Azərbaycana gələrək bizim həkimlərimizə müraciət edən yüzlərlə vətəndaşlar vardır. Belə tibb ocaqlarından biri də Beyləqan rayonunda fəaliyyət göstərən Beyləqan Rayon Mərkəzi Xəstəxanasıdı. Yuxarıda qeyd etdiyim kimi yüksək ixtisaslı həkim və tibbi əməkdaşların çalışdığı bu tibb ocağanda xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır.
Yüksək standartlara cavab verən bu xəstəxana geniş quruculuq və abadlıq işləri görülmüşdür. Xəstəxanada vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasında bir çox şöbələr fəaliyyət göstərir.
Mən sağlamlığım üçün əhəmiyyət kəsb edən bu xəstəxanada həkim və tibbi heyətin həm peşəkarlığını, həm təcrübəli olmalarını, eyni zamanda da xəstələrə göstərdikləri diqqət və qayğını görüb, bu haqda yazmağı qərara aldım. Çünki, bu gün hər kəs sağlamlığını bacarıqlı həkimlərə etibar etməyə üstünlük verir. Bu nöqteyi-nəzərdən belə həkimlərin tanınması vacibdir. İlk olaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkim Şahlar Hüseynov haqqında oxucularıma məlumat vermək istəyirəm.
Bu günədək səhiyyə icaqlarında fəaliyyət göstərən Şahlar Hüseynov məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. Şahlar həkim xəstələrin qəlbini həmişə sevindirib, müalicəsini düzgün edib tam sağaldaraq xəstəxanadan yola salır. Şahlar həkim sanki İlahi bir qanunun keşiyində duraraq xalqına, millətinə, dövlətinə layiqincə xidmət edir. Şahlar həkim kollektiv arasında da böyük nüfuza malikdir, böyük idarəçiliyi ilə heç bir tibb personajın qəlbinə dəymədən onlarla birlikdə çalışır. Əsl hümanistlik məhz Şahlar həkimdə öz əksini tapır.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkim Şahlar Hüseynov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının yürütdüyü daxili və xarici siyasətini dəstəkləyərək, Prezidentin verdiyi əmr və sərəncamlarını, səhiyyə sistemində qəbul etdiyi qərarlarını layiqincə, yüksək peşəkarlıqla həyata keçirərək rəhbərliyin və xalqın qarşısında nüfuz qazanmışdır.
Mən Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkim Şahlar Hüseynova və digər tibb personajına dərin münnətdarlığımı bildirirəm, belə həkim və tibb işçilərimizin olmağı ilə fəxr duyuram. Bu cür tibbi heyət xalqını sevən, ona qayğı göstərən əsl vətəndaşlıqdan əlavə, ən yüksək təltiflərə layıqdirlər. İşlərinizdə daim uğurlar arzulayıram.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ VƏ YA AĞXALATLI MƏLƏK
Gündəm, Cəmiyyət, ÖlkəŞƏFALI ƏLLƏR, XEYİRXAHLIQ NÜMUNƏSİ VƏ MÜDRİKLİK ZİRVƏSİNDƏ
Gündəm, Ölkə, BölgəŞəfalə əllər sahibi - həkim Nigar Mehdiyeva
Gündəm, Cəmiyyət, ÖlkəŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ
Gündəm, Cəmiyyət, Ölkəİcbari tibbi sığorta ilə bağlı YENİ QAYDALAR
Sosial