Gündəm, Ölkə
09 fevral 2024
697
Xeyriyyəçilik əsil nəcib, alicənab insanlara aiddir
Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır
Söhbət açacağım insan istər vətənpərvərlik missiyası olsun, istərsə də xeyriyyəçilik, hər iki möfhümü özündə ehtiva edən insandan, əsl vətəndaşdan, hər zaman elinin, obasının təssübünü çəkən Xeyriyyəçi insan, vətənpərvər ziyalı Rafiq Atakişiyev digər insanlardan xarakteri ilə fərqlənir...
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən iş adamı Rafiq müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və paytaxtda yüksək reytinqə malikdir.
Rafiq müəllim öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
Rafiq Atakişiyev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Rafiq Atakişiyev “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Vətənpərvər ziyalımız Rafiq Atakişiyev Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Son illərdə Azərbaycanda xeyriyyəçilik institutu intensiv şəkildə dirçəlməyə, fəal inkişaf etməyə başlamışdır. Bu isə xeyli dərəcədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının çox böyük səyləri və şəxsi təşəbbüskarlığı sayəsində mümkün olur. Prezident bu sahədə çoxcəhətli və yorulmaz fəaliyyəti yaxşı məlumdur və təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurmuşdur. Ölkə xaricində vətənpərvər oğullarla bərabər ölkə daxilində də öz xeyriyyəçi əməlləri ilə sadə, aztəminatlı ailələri sevindirə bilmişlər, məhz Rafiq müəllim də bu insanlardandır. “Od öz kökü üstə bitər” deyirlər – bəli bu elədir. Araşdırmaçı jurnalist olaraq mən bunu təsdiq edirəm ki, Rafiq müəllim ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək kimi keyfiyyətləri mövcuddur.
Belə olan halda, xeyriyyəçilik, təbii ki, əxlaqi baxımdan bütün cəmiyyət tərəfindən bəyənilir, müxtəlif sosial, siyasi və iqtisadi qruplar tərəfindən mənəvi dəstək obyektinə çevrilir. Mən Rafiq müəllimin xeyriyyəçiliyin xüsusi “müdrikliyini”, onun cəmiyyət üçün əhəmiyyəti və dəyərini məhz bunda görürəm.
Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Rafiq müəllimin böyük genetik irsin varisidir.
7 fevral 2024-cü il tarixdə yüksək səs faizi ilə yenidən qalib gələn QALİB LİDERimizin Prezident seçilməsi ilə əlaqədar olaraq Rafiq Atakişiyev MirMövsüm Ağa ziyarətgahında 50 qurban kəsdirərək şəhid ailələri, qazi ailələri və aztəminatlı ailələrə paylamışdır. Əlbəttə ki, 08.02.2024-cü il tarixi sevinc dolu bir gün oldu. Füzuli rayonunda doğulub boya-başa çatan Atakişiyev Rafiq Məhərrəm oğlu doğma torpaqların azad olunmağı ilə bağlı Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına bir ömür boyu minnətdarlığını bildirir. Rafiq müəllim önvə Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda ucalan şərəfli büstü ziyarət edilib, önünə əklil qoyulub və ruhuna dualar oxudu. Daha sonra Rafiq Atakişiyev hər kəsin qarşısında çıxış edərək bildirib ki, ən böyük arzusu idi ki, İlham Əliyev yenidən prezident seçilsin və bunun üçün əlli qurban kəsəcəyimi niyyət etmişdim. Hər zaman cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyirəm və bu gündən sonra da dəstəkləyəcəyini bildirdi. Tədbirdə çıxış edənlər vətənpərvər eloğlu Rafiq Atakişiyevin atdığı addımını dəstəkləyərək alqışladılar.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Rafiq müəllim olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
Cəmmədrəsul İlyasov işini vicdanla görən şəxsiyyətlərdəndir
Gündəm, Cəmiyyət, ÖlkəŞƏRƏFLİ VƏ MƏNALI ÖMÜR YOLU
Gündəm, Ölkə, BölgəXEYRİYYƏÇİLİK ƏNƏNƏLƏRİ İRSDƏN GƏLƏNDİ
Gündəm, Cəmiyyət, Ölkə, BölgəYAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR
Gündəm, Cəmiyyət, ÖlkəYAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR
Gündəm, Cəmiyyət, Ölkə