Gündəm, Ölkə
14 iyun 2024
199

Keçmiş bisnesmen Masallı Regional meşə idarəsinin rəisi Nəsimi Nəsibovun meşələri məhv etdirirək yeni biznes yaradıb-Araşdırma

Keçmiş bisnesmen Masallı Regional meşə idarəsinin rəisi Nəsimi Nəsibovun meşələri məhv etdirirək yeni biznes yaradıb-Araşdırma
Masallı Regional Meşə Təsərrüfatı İdarəsində çalışan bəzi əməkdaşlar 30 ildən çoxdur ki, Masallı-Yardımlı və Cəlilabad meşələrinin qəniminə çevriliblər.


Meşəçilik sahəsində ixtisası olmayanlar uzun müddət meşə sahələrinin qorunmasına nəzarət ediblər. Meşələrdə narkotik bitkilərin əkilib-becərdilməsi, ağac emalı sexlərinin fəaliyyət göstərməsi, mebel hissələri, fonerka və parket istehsalından ötrü qiymətli cavan ağacların kütləvi şəkildə doğranıb baha qiymətlərə satılması barədə sosial şəbəkələrdə kifayət qədər məlumatlar və video materiallar yayımlanıb. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti və digər aidiyyatı qurumlar dövlətdən əmək haqqı alan meşə "mütəxəssisləri" barəsində müvafiq hüquqi tədbirləri həyata keçirtməmişlər. Masallı rayon Meşə Təsərrüfatı İdarəsinin keçmiş rəisləri - Siyasət Qarayevin və Ağaqardaş Qaraşovun Ekologiya və Təbii Sərvətlər Nazirliyində Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsində işlədikləri müddətdə Masallı Regional Meşə Təsərrüfatı İdarəsi "qızıl" dövrünü yaşayıb. Meşələrin dərinliyində narkotik plantasiyalar salınıb. Oğurluq və rüşvət pramidası cinayətkar bir şəbəkənin Masallı- Yardımlı və Cəlilabad meşələrinə nəzarət etməsinə səbəb olub.


Hazırda həmin ənənəni Nəsimi müəllim davam etdirir.


Bununla bağlı rayon polis şöbəsinə məlumat verilib.


BakuPress.Az xəbər verir ki, apardığımız araşdırmalar zamanı məlum oldu ki,"İstisu"ərazisi deyilən ərazidə ağaclar kütləvi kəsilib ,yerində kəsilib yerində" koteclər "tikilib.Həmin koteclər əxlaqsızlıq yuvası kimi istifadə olunur.Bunlardan biri"Mənzərə"istirahət mərkəzidir.Həmin obyekti işlədən Ruslan adlı şəxs illərdir bu işlə məşğul olur ,hər dəfə obyekti bağlanır ,yenidən hansı yollarlasa yol tapıb,ağacları kütləvi kəsib yeni obyekt açır.Onun Masallı Regional Meşə Təsərrüfatı idarəsinin rəisi Nəsimi müəllimdən "dobro"almağını deyirlər.


Qeyd edək ki, Meşələrin İnkişafı Xidməti yoxlama başlasa bu meşə sahəsində isə kütləvi ağac qırıntıları qeydə alınacaq. Məlumatlara görə, bütün qanunsuzluqlar Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəbiyevlə əlbir olaraq meşələrdən öz məqsədləri üçün yararlanırlar.


Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisindəki kütləvi qırıntılar artıq idarənin işçilərini belə narazı salıb. Şikayətçilər əvvəllər bisnesmen olan və meşəçilik sahəsində ixtisas təhsili olmayan Nəsimi Nəsibovun meşələri məhv etdiyini bildirirlər. Meşələrin İnkişafı Xidmətinin rəhbəri Cabbar Qəribovdan tələb edirlər ki, Nəsimi Nəsibovun direktor olduğu müddət obyektiv şəkildə araşdırılsın…Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin direktoru Xalıqverdi Hüseynovu Masallı Regional Meşə Təsərrüfatı İdarəsinin işçiləri Ağaqardaş Qaraşovun zəmanəti ilə yaxşı tanıyırlar. Talançılıq , oğurluq, rüşvət və ələbaxımlılıq ənənələri davam edir.


Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq