Gündəm, Cəmiyyət, Ölkə
22 iyun 2024
18

Ürəklərə yol tapan gənc istedadlı muğənnimiz – CAVİD BABA

Ürəklərə yol tapan gənc istedadlı muğənnimiz – CAVİD BABA
Cavid Baba musiqi və incəsənət sahəsində özünəməxsus yeri var.
Bu dəfə söhbət açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər muğənni, sənətinin öhdəsindən peşəkarlıqla gələn vətənpərvər sənətkarımız Cavid Babadır.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən Cavid bəy özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir. Onu da qeyd edək ki, Cavid Baba Ali təhsillidir. Cavid bəyin öz çoxtərəfli sənəri ilə üzərinə düşən olduqca mühüm vəzifənin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
Hər bir tanınan insanın şəxsiyyətini araşdıranda, bir çox amillərə, komponentlərə əsaslanıb istinad edərək nəticəmizi çıxarırıq. Savadını, işgüzarlığını, fəaliyyətini, məsuliyyətini, davranış tərzini,... nəzərə alıb onun haqqında mülahizələr yürüdür, fikir söyləyirik. Bundan sonra onu layiq bildiyimiz sıraya, ucalığa aid edib, şəxsiyyətini, həyat fəaliyyətini bugünkü prinsiplər əsasında qiymətləndiririk. Hər kəs bu dünyada əkdiyini biçir. Bəli, hər bir insana gördüyü işlər müqabilində qiymət verilir.
Ürəklərə yol tapan gənc istedadlı muğənnimiz – CAVİD BABA
Azərbaycan bəstəkar mahnılarının dəsti-xəttini layiqincə təcəssüm etdirən sənətkarlardan biri də dəyərli muğənni Cavid Babadır. Cavid bəyin səsindəki məlahət, şirinlik hər muğənniyə nəsib deyil. Tanrı ona sənətdə hərtərəfli xoşbəxtlik bəxş etmişdi: Xalqın sevgisini qazanan, sevilən muğənnidi.
Cavid Baba həmişə cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləmişdir. Doğma Qarabağımızı erməni faşistlərindən azad olunan dövrdə də ordu-xalq, xalq-ordu birliyini əsas bilərək hər zaman ordumuza, əsgər və zabitlərimizə maddi və mənəvi dəstəyini əsirgəməmişdir. Cavid bəy el şənlikləri ilə yanaşı dövlət tədbirlərində və xüsusi əhəmiyyətli günlərdə öz vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirən eloğullarımızdan biridir. Cavid Baba həmişə şəhid ailələri, Vətən müharibəsi əlillərinə, kimsəsiz və ahıl insanlara maddi-mənəvi dəstəyini göstərmişdir.
Azərbaycan musiqisində öz dəsti xətti ilə seçilən, xalqın sevimlisi Cavid Babaya uzun ömür, can-sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.