Gündəm, Ölkə
23 iyun 2024
182
SAĞLAMLIĞIN KEŞİYİNDƏ DURAN AĞ XALATLI MƏLƏK – Dr. LAMİYƏ CƏMİLOVA
Həkimlik peşəsi insanlığın ən qədim və ən mötəbər peşələrindən biridir. Həkimlər insanların sağlamlığını qorumaq, xəstəlikləri diaqnoz etmək və müalicə etmək üçün böyük məsuliyyət daşıyırlar. Onların işi yalnız xəstələri müalicə etməklə bitmir, həm də tibbi elmin inkişafına, xəstəliklərin profilaktikasına və ictimai sağlamlığın yüksəldilməsinə yönəlib.
Heraklitdən (Hipokratın atası), Hipokrtadan üzü bəri inkişaf edə-edə gələn həkimlik. Bu peşə ən ali varlığa – dünyanı idarə edən insana xidmət edir. Sağlam bədən, sağlam gələcəyin bünövrəsidi, sağlam bədəndə, sağlam ruh kəlamı da elə-belədən ortaya çıxmayıb. Həkimlik peşəsi qürur deməkdi, həkim şəfa paylayandı, həkim xoşbəxtlik paylayandı, həkim yaradıcıdı. Hər dövrün istinad etdiyi məbədgahı olub.
Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanalrı, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.
Belə ki, yeni tikilən tibb ocaqları ilə bərabər həm də yüksək səviyyədə təmir və bərpa olunmuş xəstəxanalar bu gün öz vətəndaşlarına xidmət göstərirlər. Ölkəmizdəki onlarla səhiyyə və tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin böyük bir hissəsi, dünyanın ən qabaqcıl universitet və akademiyalarında təhsillərini almış mütəxəssislərdir. Bu mütəxəssislərin əksəriyyəti təhsillərini başa vurduqdn sonra ölkəmizə qayıdaraq xalqımıza xidmət etməkdədirlər.
Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Hətta, xarıcı dövlətlərdən belə müayinə olunmaq üçün Azərbaycana gələrək bizim həkimlərimizə müraciət edən yüzlərlə vətəndaşlar vardır. Belə tibb ocaqlarından biri də Paytaxtda fəaliyyət göstərən Respublika Klinik Xəstəxanasıdı. Yuxarıda qeyd etdiyim kimi yüksək ixtisaslı həkim və tibbi əməkdaşların çalışdığı bu tibb ocağanda xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır.
Yüksək standartlara cavab verən bu xəstəxana geniş quruculuq və abadlıq işləri görülmüşdür. Xəstəxanada vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır.
Lamiyə həkim şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Həmişə haqq və ədalət prinsipinə sədaqətlə xidmət edir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.
Lamiyə Cəmilova ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq vəzifəsini vicdanla yerinə yetirərək, xalqımıza əvəzsiz töhfələr verib.
Respublika Klinik Xəstəxanasında bir çox şöbələr fəaliyyət göstərir.
Mən sağlamlığım üçün əhəmiyyət kəsb edən bu xəstəxanada həkim və tibbi heyətin həm peşəkarlığını, həm təcrübəli olmalarını, eyni zamanda da xəstələrə göstərdikləri diqqət və qayğını görüb, bu haqda yazmağı qərara aldım. Çünki, bu gün hər kəs sağlamlığını bacarıqlı həkimlərə etibar etməyə üstünlük verir. Bu nöqteyi-nəzərdən belə həkimlərin tanınması vacibdir. İlk olaraq Respublika Klinik Xəstəxanasının həkim-cərrahı Cəmilova Lamiyə Hafiz qızı haqqında oxucularıma məlumat vermək istəyirəm.
Bu günədək həkim kimi fəaliyyət göstərən Lamiyə Cəmilova ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. Lamiyə həkim xəstələrin qəlbini həmişə sevindirib, müalicəsini düzgün edib tam sağaldaraq xəstəxanadan yola salır. Cəmilə həkim sanki İlahi bir qanunun keşiyində duraraq xalqına, millətinə, dövlətinə layiqincə xidmət edir.
Lamiyə Cəmilova dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının yürütdüyü daxili və xarici siyasətini dəstəkləyərək, səhiyyə sistemində qəbul etdiyi qərarlarını layiqincə, yüksək peşəkarlıqla həyata keçirərək rəhbərliyin və xalqın qarşısında nüfuz qazanmışdır. Respublika Klinik Xəstəxanasına üz tutan 44 günlük haqq savaşımızda sağlamlığın bir qismini itirən Qazilərimizi həkim personalı yüksək səviyyədə qarşılayaraq, onları müayinə və müalicə edərək xidmətlərində dururlar. Lamiyə həkim hər zaman olduğu kimi, bu gün də şəhid ailələrinə, Qarabağ əlillərinə və kimsəsiz insanların sağlamlığının keşiyində duraraq əlindən gələnini əsirgəmir. Xəstələrinə yaxını doğması kimi baxaraq, onların sağlamlığını təminatında əvəzsiz köməklik edir.
Bir sözlə Respublika Klinik Xəstəxanası bir şəfa ocağı olaraq başda Lamiyə Cəmilova olmaqla şərəflə işinin və peşəsinin öhdəsindən gəlirlər.
Bizdə redaksiya olaraq başda Cəmilə həkim olmaqla xəstəxananın bütün işçi kollektivinə işlərində uğurlar arzulayırıq.
Qoy Tanrı sizə qorusun!
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
Şəfalı əllər sahibi - Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstə ...
Gündəm, ÖlkəŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ – HİPOKRAT ANDI İÇƏNLƏR
Gündəm, ÖlkəŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ VƏ YA AĞXALATLI MƏLƏK
Gündəm, Cəmiyyət, ÖlkəNərimanov Rayon Məhkəməsinin hakimi və sədri Həbib Bəhram oğlu Həsənov - Ha ...
Gündəm, Cəmiyyət, ÖlkəŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ
Gündəm, Cəmiyyət, Ölkə