Gündəm, Cəmiyyət, Ölkə
27 iyun 2024
115

ŞƏRƏFLİ PEŞƏ SAHİBİ - Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov

ŞƏRƏFLİ PEŞƏ SAHİBİ -  Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov
Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən – Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..
...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardan biridir.
...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir polis məmuru haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən rəislərimizdəndir.
Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir rəis sərt tədbirlər görəcəyi halda, o insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar.
...Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir insan kimi tanıdığımız vətənpərvər insan Həmid Həsənov hər zaman olduğu kimi şəhid ailələri, qazi və kimsəsiz insanlara dəstək olur. Bəri başdan deyirik ki, Həmid müəllim təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Həmid müəllimin müəllim saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər baglıdır. Saysız-hesabsız ehtiyacı olanlara "Əl tutmaq Əlidən qalıb" deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya yüzlərlə şəhid ailələrinə, aztəminatlı ailələrə göstərdiyi təmənnasız xeyirxah əməllərini də artırsaq onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda "Həmid Həsənov böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə, sizsə hər şeyi baş-ayaq anlamısız…
Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır. Həmid Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının daim sadiqdir. O, həmişə cənab prezident İlham Əliyevin siyasi kursunna sadiq olan məmurlardandır. İstər pandemiya, istərsə də 44 günlük haqq savaşımızda dövlətə, dövlətçiliyə və xalqımıza həmişə maddi və mənəvi dəstəyini göstərmişdir.
Bizdə kollektivimiz adından əziz və hörmətli polis polkovniki Həmid müəllimə işlərində uğur, qalibiyyət və zəfər diləyirik. Həmid Həsənov nümunəvi qanun keşikçilərimizdəndir.

Dilşad Əhmədova
Baş redaktor