Gündəm, Sosial
11 mart 2026
5
“AzerGold”da “Tərəqqi” medalına layiq görülmüş əməkdaşlarla görüş

Prezident İlham Əliyevin 23 fevral 2026-cı il tarixli Sərəncamına əsasən “AzerGold” QSC-nin “Tərəqqi” medalı ilə təltif olunmuş bir qrup əməkdaşı ilə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov dövlət təltifinə layiq görülən mütəxəssisləri kollektiv adından təbrik edib.
Zakir İbrahimov bildirib ki, bu mükafat ölkəmizin dağ-mədən sənayesini uğurla təmsil edən “AzerGold”un fəaliyyətə başlamasının 10 illiyi çərçivəsində həm fərdi nailiyyətlərə, həm də bütövlükdə kollektivin əməyinə verilən yüksək dəyərin göstəricisidir. Sədr göstərilən diqqətə görə kollektiv adından dövlət başçısına təşəkkürünü ifadə edib.
Qeyd olunub ki, bu etimad əməkdaşların fəaliyyətlərini daha böyük əzmlə davam etdirmələri üçün mühüm stimul yaradır.
Dövlət təltifinə layiq görülən əməkdaşlar onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər. Onlar göstərilən etimadı doğruldacaqlarını və fəaliyyətlərini daha böyük məsuliyyətlə davam etdirəcəklərini vurğulayıblar.
Sonda əməkdaşlara “Tərəqqi” medalları və vəsiqələr təqdim olunub.
Daha çox xəbər:

“Azərgold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimo ...
Gündəm, Cəmiyyət, Ölkə
Məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir q ...
Gündəm, Siyasət, Ölkə
Əhməd Əhmədzadə bütün işləri yüksək professionallıqla və böyük operativlikl ...
Gündəm, Cəmiyyət
“Cənab Prezident, biz sizin intellektual əsgərlərinizik” - BANM tələbələri
Cəmiyyət
İlham Əliyev şəhid general və polkovnikimizin ailəsinə mənzil verdi — RƏSMİ
Siyasət