Gündəm, Ölkə
26 aprel 2021
2369

Hacı Rauf Sərdarov: Erməni vandallığından azad olunmuş bütün şəhərlərin, kəndlərin bərpası Prezident İlham Əliyevin tapşırığı ilə müasir tələblər nəzərə alınmaqla həyata keçirilir

Hacı Rauf Sərdarov: Erməni vandallığından azad olunmuş bütün şəhərlərin, kəndlərin bərpası Prezident İlham Əliyevin tapşırığı ilə müasir tələblər nəzərə alınmaqla həyata keçirilir


Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf Sərdarov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Sorğu apardıq ağız dolusu Hacı Rauf Sərdarovdan danışdılar yaxşı ki, Hacı Rauf Sərdarov Sumqayıt Cümə məscidinin axundudur… Hacı Rauf Sərdarov öz isguzarlığı ilə tanınır və seçilir….Hacı Rauf Sərdarov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sumqayıt Cümə məscidinin axundu kimi çoxsahəli professional olmasıyla, dinimizin, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf Sərdarov - Bu gün 44 günlük müharibə nəticəsində əldə olunan tarixi Zəfər, dünyaya səs salan ən şanlı və ədalətli qələbə Azərbaycan xalqının şanlı tarixinə yeni bir əbədi tarix kimi yazıldı. Bu qələbə Azərbaycan xalqının 30 illik Vətən həsrətinə və nisgilinə son qoydu. Azərbaycan dövləti əldə olunan tarixi Zəfəri,Vətən müharibəsində qazanılan şanlı qələbəsi sayəsində qarşısında duran əsas problemin həllinə nail oldu.

Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan və illərdir sülh yolu ilə həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi Ali Baş Komandanın apardığı uğurlu siyasət nəticəsində tarixə qovuşdu və ölkəmizin ərazi bütövlüyü tam təmin edildi.Bundan sonrakı məqsəd işğaldan azad olunan ərazilərin bərpa edilməsi,inkişafı ilə bağlıdır.

Erməni vandallığından azad olunmuş bütün şəhərlərin, kəndlərin bərpası Prezident İlham Əliyevin tapşırığı ilə müasir tələblər nəzərə alınmaqla həyata keçirilir. Dağıdılan infrastrukturun bərpa və inkişafı prosesi bu gün sürətlə və planlı şəkildə aparılır.

Bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb. Konsepsiya çərçivəsində dövlət investisiyaları ilə yanaşı, yerli və xarici investisiyaların cəlb edilməsi ilə işğaldan azad olunan ərazilərdə iqtisadi və sosial infrastrukturun yenidən qurulması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlərin həyata keçirilməsi prioritet olacaq.

Prioritet istiqamətlər özündə işğaldan azad olunan ərazilərdə kommunal, iqtisadi və sosial infrastrukturun qurulmasını, işğaldan azad olunan inzibati rayon mərkəzlərində və kəndlərdə yaşayış binalarının və evlərin tikintisi və əhalinin məskunlaşmasının təmin edilməsini, həmin ərazilərdə istehsal, xidmət və ticarət sahələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsini ehtiva edir.

Bu gün sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizdə aparılan məqsədyönlü, ədalətli, şəffaf, düzgün, uğurlu siyasətin nəticəsidir. Son 17 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müxtəlif istiqamətlərdə islahatlar ölkədə sosial-iqtisadi inkişaf üçün möhkəm hüquqi əsaslar yaradıb. Bu gün Azərbaycan dünyada yüksək investisiya cəlbediciliyinə malik güclü, qüdrətli ölkə kimi tanınır və daim tanınacaqdır.


Hacı Rauf Sərdarov: Erməni vandallığından azad olunmuş bütün şəhərlərin, kəndlərin bərpası Prezident İlham Əliyevin tapşırığı ilə müasir tələblər nəzərə alınmaqla həyata keçirilir
Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli