Gündəm, Siyasət, Dünya, Cəmiyyət, Ölkə
03 dekabr 2021
1306
Müdrik lider, böyük strateq, qalib sərkərdə
30 ildən artıq erməni işğalına və təcavüzünə məruz qalmış, mənfur düşmənin tapdağı altında inləyən cənnət Qarabağımız dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və cəsarətli komandanlığı, yenilməz və mətin Ordumuzun qəhrəman, vətənpərvər, qeyrətli əsgər və zabitlərinin şücaəti sayəsində işğaldan azad olundu!
Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımı¬zın, ordumuzun gücünü göstərən qələbədir”, – deyən Ali Baş Komandan İlham Əliyev hər zaman qətiyyətlə bildirib ki, Azərbaycan dövləti, xal¬qımız Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməyəcək. 2016-cı ilin Aprel döyüşləri bu qətiyyətin başlanğıcı oldu. Bu, Azərbaycan Ordusunun böyük tarixi qələbəsi idi. Eyni zamanda, ordumuzun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu təsdiqlədi. Bu, ordu ilə xalqın bir¬liyinin qələbəsi kimi tarixləşdi. Əminliklə təsdiqləndi ki, xalq ordusuna inanır, ona güvənir, ordu xalqa arxalanır. Bu qələbə ermənilərin illərlə formalaşdırmaq istədiyi “yenilməz ordu” mifini puç etdi. Bu, Azərbaycan Ordusunun böyük tarixi qələbəsi idi. Eyni zamanda, ordumuzun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu təsdiqlədi. Bu, ordu ilə xalqın bir-liyinin qələbəsi kimi tarixləşdi. Əminliklə təsdiqləndi ki, xalq ordusuna inanır, ona güvənir, ordu xalqa arxalanır. Bu qələbə ermənilərin illərlə formalaşdırmaq istədiyi “yenilməz ordu” mifini puç etdi.
Hər kəs xatlrlayır ki, cənab Prezident adətən doğum günlərini məcburi köçkünlərlə görüşlərlə keçirirdi. Hər dəfə də görüşlərdə köçkünləri əmin edirdi ki, doğma yurdları işğaldan azad olunacaq. Məcburi köçkünlər də təbii ki, öz Prezidetlərinə inanırdılar. Onların bu inamını Prezident reallaşdırdı - torpaqlarımız işğaldan azad edildi. İndi həm hörmətli Prezidentimiz üçün, həm də xalqımız üçün çox böyük fərəhli gündür - Prezident İlham Əliyev artıq doğum gününü işğaldan azad etdiyi torpaqlarımızda qarşılayır. Qalib Ali Baş Komandan öz müzəffər Ordusunu tez-tez şəxsən ziyarət edir, əsgərlərlə görüşür, Azərbaycan xalqının əsgəri olduğunu bütün dünyaya nümayiş etdirir. Prezident öz ad gününü müzəffər əsgərləri ilə qarşıladı. Cənab İlham Əliyev özünə, xalqına, ordusuna yaraşanı yenə də etmiş oldu. Əslində bu, həm xalqımıza, həm də bütün dünyaya bir mesaj idi. Prezident İlham Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Torpaqlarımızın azad edilməsi illərlə aparılan siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı. Azərbaycan xalqı, dünya azərbaycanlıları İlham Əliyevlə qürur duyur.
Yaşa qəhrəman xalqım! Var ol, doğma yurdum, candan əziz Vətənim! Zəfərin mübarək Azərbaycanım! Sən sınmadın, əyilmədin, çünki bilirdin, əmin idin ki, övladların səni darda qoymayacaq! Suyunla, havanla, çörəyinlə böyüyən igidlərin yolunda canlarından, qanlarından belə keçəcəklər. Azərbaycan xalqı səbirli, dözümlü olduğu qədər də mətindir, iradəlidir. Dövlət başçımız da, xalqımız da bu münaqişənin dinc yolla həlli üçün kifayət qədər təmkin nümayiş etdirsə də, düşmən tərəf bunu layiqincə dəyərləndirə bilmədi və təcavüzkar siyasətindən, təxribatlarından əl çəkmədi. Belə olan halda isə, hərb yolu qaçılmaz oldu. Ali Baş Komandanımız cənab İlham Əliyevin əmrini gözləyən Müzəffər Ordumuz düşmən üzərinə şərəf və ləyaqətlə getdi, döyüş meydanına aslan kimi atıldı. 44 gün davam edən vətən müharibəsinin hər günü tariximizə şanlı səhifələr yazdı. Yüksək amallarla döyüşən əsgər və zabitlərimiz hər gün yeni şəhərləri, kəndləri, qəsəbələri düşmənlərdən azad etdi, yüksəkliklərdə misli görünməyən rəşadət göstərirdilər. Tarixi ədalətin bərqərar olması üçün inamla irəlilədi. Düşmən ordusunda on min fərari olduğu halda, hörmətli dövlət başçımızın fəxrlə vurğuladığı kimi, Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmadı. Əksinə, ağır yaralanaraq, hospitallara yerləşdirilən əsgərlərimiz müalicələrini sona çatdırmadan yenidən döyüşlərə qatıldılar. Düşmən tərəfin hərbi texnikasını, silah-sursat anbarlarını, raket və hərbi qurğularını məhv etdilər, döyüş meydanında əfsanəvi qəhrəmanlıqlar göstərdilər. Möhtəşəm qələbəmizin təntənəsi olaraq, dövlət başçımız cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il 10 dekabr tarixində Azadlıq Meydanında Zəfər paradı keçirildi. Paradda 3000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də, hərbi gəmi və katerlər iştirak edirdi. Bununla yanaşı, müharibə zamani Azərbaycan Ordusunun darmadağın edərək düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilirdi. Həmin günlərdə xalq dövlətimizin, Prezidentimizin ətrafında bir yumruq kimi birləşmişdi! Dəmir yumruq kimi! Biz yenilməz millət olaraq, gücümüzü, birliyimizi bütün dünyaya bəyan etdik və bu birlik öz nəticəsini verdi.
İndi cənnət Qarabağımızın dilbər guşələrində – Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Şuşada müqəddəs üçrəngli bayrağımız vüqarla dalğalanır. Uca Tanrı sizi qorusun, cınab Prezidentimiz!
Bayram Səfərov
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı

Daha çox xəbər:
İlham Əliyev - Xoşbəxt günlərimizin memarı
Gündəm, Siyasət, Cəmiyyət, Ölkə, SosialZəfər Günü Azərbaycanın taleyinə yazılmış sevinc payıdır
Gündəm, Siyasət, Cəmiyyət, Ölkə, SosialZakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
SiyasətDaha bir əsgərmiz təltif olundu -“Fizulinin azad olunmasına görə” medalı il ...
ÖlkəManaf Səmədzadə: Zəfər paradı ordumuzun ən güclü ordulardan biri olduğunu b ...
Cəmiyyət