Gündəm
08 iyun 2021
1316

Sumqayıt Dövlət Yol Polis İdarəsinin rəisi Şamxal Əliyev: Sumqayıt şəhərinin inkişafı Heydər Əliyevin diqqəti və qayğısı sayəsində mümkün olub...

Sumqayıt Dövlət Yol Polis İdarəsinin rəisi Şamxal Əliyev: Sumqayıt şəhərinin inkişafı Heydər Əliyevin diqqəti və qayğısı sayəsində mümkün olub...Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi iki, lakin bir-birindən tamamilə fərqli ictimai-siyasi mühitdə ölkəmiz yüksək zirvələrə qalxa bilmişdir. Heydər Əliyev birinci dəfə ölkəmizə rəhbərliyə gələndə iqtisadi və mədəni tənəzzül dövrünü yaşayan Azərbaycan sovet məkanında geridə qalmış respublikalardan biri idi.

Məhz ulu öndərin sayəsində o illərdə Azərbaycan keçmiş ittifaqda ən qabaqcıl yerlərə çıxmış, sənaye respublikasına çevrilmişdi. O dövrdə yaradılmış potensial Azərbaycan üçün böyük imkanlar açmış və bu gün də müstəqil dövlətimizə xidmət göstərir.
Bu gün öz intibahının yeni mərhələsini yaşayan Sumqayıtın da sovet hakimiyyəti dövründə inkişafı və nəinki keçmiş SSRİ-də, bütün dünyada tanınması Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Heydər Əliyevin böyük qayğısı sayəsində şəhər tarixinin əlamətdar səhifələri yazılıb. Sözsüz ki, boz və şoran torpaqlarda xariqələr yaradan, səhranı şəhərə çevirən insan əməyidir. Ötən əsrin 70-ci illəri və 80-ci illərin birinci yarısı Sumqayıt üçün xüsusilə əlamətdardır. Bu dövrdə Heydər Əliyevin təşəbbüskarlığı sayəsində şəhər tərəqqi və dirçəlişin ən gözəl nümunələrindən birinə çevrilmişdir. İnsanlar böyük həvəslə talelərini bu gənc şəhərlə bağlayırdılar.
Sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi insanın əvəzsiz xidmətləri danılmaz bir faktdır. Ölkəmizə 34 illik rəhbərliyi müddətində 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılıb və yeni inkişaf mərhələsinin başlanğıcı olub.
Sumqayıt ötən əsrin 30-cu illərinin sonunda salınsa da, məhz Ulu Öndər Heydər Əliyevin birinci dəfə ölkəmizə rəhbərliyi illərində ona yeni nəfəs verildi. Özünəməxsus şəhər nümunəsinə çevrilən Sumqayıtın növbəti “memarı” möhtərəm Prezidentimiz İlham Əliyevdir. Ulu öndərin ideya və təşəbbüslərini məharətlə həyata keçirən cənab Prezidentin ardıcıl səyləri Sumqayıtı gözəl ünvanlardan birinə çevirib. Sumqayıt səfəri zamanı şəhərin hərtərəfli inkişafına bariz nümunə olan açılışlar həyata keçirib.

Geri 1 2 3 4 5 6 7 8 9 İrəli