Gündəm, Cəmiyyət, Ölkə, Sosial
27 yanvar 2022
1262
"Ovçular ət və ət məhsulları" MMC - KEYFİYYƏTİN TƏK ÜNVANI
“Ovçular ət və ət məhsulları” MMC-nin məhsulları haqqında bəzi mətbuat orqanlarında çeşidli və qərəzli yazılar yayımlanır. Güya məhsulun içinə karton qatılır bə yaxud vaxtı keçmiş məhsulu emal edib yenidən satışa göndərilir. Xeyr, bu heçdə belə deyil.
Araşdırma məqsədiylə müəssisədə olduq. Yazılanları dəqiqləşdirməyə çalışdıq.
Qeyd edək ki, faktiki olaraq “Ovçular ət və ət məhsulları” MMC-də vəziyyət heç də yazılanlarda göstərilən kimi deyil. Əksinə, bu məssisədə durum tamam fərqlidir və bunu bilmək üçün müəssisədə olub doğrunu söyləmək lazımdı. Sadəcə Ovçular ət və ət məhsulları MMC-yə təşrif buyurmaq kifayətdir.
Yox, əgər bəzi özlərini “jurnalist” kimi qələmə verib qərəzli yazılar dərc etmək istəyirsə, bunu onun öz vicdanına buraxırıq. Buraya gəlmək istəməyib şəxsi mənafeyini güdməkdirsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.
...Biz müəssisəyə daxil olduq. Müəssisənun həyətində təsadüfən baş texnoloqla rastlaşdıq. Düşündük ki, həmsöhbətimiz olan baş texnoloq jurnalistlərdən şikayətlənəcək. Əksinə, bildirdi ki, jurnalistika ölkəmizin ən mühüm sahələrindəndir, həm də cox məsuliyyətli bir peşədir. Ölkənin demokratik inkişafına bu sahə mühüm stimul verir
Sonra söhbət müəssisədə son illər əldə edilən uğurlardan düşdü. Öyrəndik ki, son zamanlar qida məhsulları arasında halallıq axtarışı intensiv xarakter alıb. Bu da təbii olaraq Azərbaycan əhalisinin dini inancı ilə bağlıdır. Halalıq məsələsi, söz yox ki, əsasən, kolbasa və sosis məmulatlarının alışı zamanı aktuallaşır.
Birmənalı söyləmək mümkündür ki, bu gün əhalinin bu tələbatını nəzərə alan bir çox işbazlar "halal" adı ilə bazara çıxardıqları məhsullarla həm istehlakçı hüquqlarını pozur, ən vacibi isə insan sağlamlığını ciddi şəkildə təhdid edən xəstəliklərə yol açırlar.
Əlbəttə, bununla yanaşı, sözün bütün mənalarında, halal, keyfiyyətli kolbasa və sosis istehsalını gerçəkləşdirən müəssisələr də yox deyil.
Onlardan biri də "Ovçular ət və ət məhsulları" MMC müəssisəsidir ki, tam məsuliyyətlə demək mümkündür ki, belələrindəndir. Qeyd edək ki, müəssisənin istehsal etdiyi ət məhsullarının - “Ovçular halal”, “Həvəskar”, “Hinduşka” kolbasaları və “Moloçniye” sosiskaları, “Ruskaya”, “Servelat”, “Moskovskiy servelat”, “Oxotniçaya”, “Lyubitelskaya”, “Doktorskaya”, “Halal bərəkət”, “Halal”, “Domaşniy”, “Halal ovçular” məhsulları keyfiyyəti baxımından məşhurdur. Bu, heç də nəzəri mülahizələr deyil. Belə ki, burada istehsal olan məhsulların keyfiyyətinə əmin olmaq üçün istehsal prosesində bilavasitə iştirak etdik. Necə deyərlər, gedib gözümüzlə gördük. Məlumat üçün bildirək ki, bir necə ildir ki, fəaliyyət göstərən müəssisə respublikamızda əsl "halallıq" nümunəsi sərgiləyib.
Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, müəssisədə müasir avadanlıqlardan istifadə edilir ki, bu da istehsal prosesində xammala insan əlinin toxunuşunu, demək olar ki, tamamilə məhdudlaşdırır.
Kolbasa məmulatlarının istehsalı üçün tədarük olunan mahsullar Azərbaycanın aidiyyəti qurumları tərəfindən sertifikatlaşdırılır.
“Ovçular ət və ət məhsulları” MMC-nin məhsulları mütəmadi olaraq laboratoriyalarda yoxlanılır. “Ovçular ət və ət məhsulları” MMC xüsusi olaraq gigiyenik qaydada hazırlanmış məhsullarını istənilən marketkərdən əldə edə bilərsiniz. Müştərilərə ət məhsullarının Halal olmasına və gigiyenik baxımdan rahatılqla alıb istifadə etmələrinə zəmanət verir.
Bizdə bütün oxucularımıza məsləhət edirik ki “Ovçular ət və ət məhsulları”ndan istifadə etsinlər. Burada Halallığa tam zəmanət veririlir.
Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi bunları görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir. Bəzi mətbuat orqanları da var ki, yalan yazılar dərc etməklə “Ovçular ət və ət məhsulları” MMC-nin nüfuzuna xələl gətirmək istəyirlər. Heçdə bu belə deyil. Gedin görün və düzünü yazın.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Ovçular ət və ət məhsulları MMC-nin kollektivini, coxsaylı alıcılarını əvəz edə bilməz. Getdik, gördük və yazdıq. DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...
Dilşad Əhmədova
Təsisçi-baş redaktor
Daha çox xəbər:
Xeyirxahlıq nümunəsi – SƏMƏD CƏFƏROV
Gündəm, Cəmiyyət, Ölkə, Sosial“Ovçular ət və ət məhsulları” MMC: HALALLIĞIN VƏ KEYFİYYƏTİN TƏK ÜNVANI
Gündəm, İqtisadiyyatBəylik KFC kolbasa və ət məhsullarından ilginc araşdırma...
GündəmHalallığın tək ünvanı - Ovçular ət və ət məhsulları
ÖlkəHalallığa tam zəmanət - “1000 bərəkət, halal nemət” - VİDEO + FOTOLAR
Gündəm, Cəmiyyət