Gündəm, Cəmiyyət, Ölkə, Sosial
30 aprel 2022
1265

XEYİRXAHLIQ VƏ ALİCƏNABLIQ İRSDƏN GƏLƏNDİR

XEYİRXAHLIQ VƏ ALİCƏNABLIQ İRSDƏN GƏLƏNDİR
Bu dəfə söhbər açacağımız insan özünün və atasının müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər eloğlumuz Zaur müəllimdən olacaqdır.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən iş adamı Zaur müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir.
Zaur müəllim öz çoxtərəfli fəaliiyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
Sumqayıt avtomobil bazarının rəhbəri Zaur müəllim ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Zaur müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərmişdir.
Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Zaur müəllimin böyük genetik irsin varisidir. Atası Sabir kişi elinin-obasının həmişə təəsübünü çəkən insanlardan biridir. Darda olan hər bir kəsin yanında olaraq, özünün xeyirxah əməlləri ilə insanların könlünü oxşamışdır. Yüksək təfəkkürə və qabiliyyətə malik olan Zaur müəllim də məhz genetik baxımından irsən gələn köklü ideyalara söykənərək adət-ənənəni davam etdirir. Zaur müəllimin biznesdə uğurları bir iş adamı olaraq Azərbaycan iqtisadiyyatına özünəməxsus töhfəsini vermişdir.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Zaur müəllim olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Zaur müəllim Sizi və ailənizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
İnsanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran Ramazan bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir. Bu əziz gündə bir daha sizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!


Dilşad Əhmədova
Baş redaktor
Geri 1 2 3 4 5 6 7 8 9 İrəli