Hadisə
18 dekabr 2020
306
Ermənilər Şurnuxu kəndi istiqamətində TƏXRİBAT HAZIRLAYIR
Ermənistan əldə olunmuş razılığa əsasən, bu gün saat 17:00-da Qafan rayonunda nəzarət altında saxladığı 13 yüksəkliyi Azərbaycana geri qaytarmalıdır.
Ölkə.Az modern.az-a istinadən xəbər verir ki, Rusiya slühəmramlılarının vasitəçi olduğu razılaşma Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası çərçivəsində həyata keçirilir.
Amma qərarın icrasından yayınmaq üçün cəhdlər də qeydə alınıb. Belə ki, Gorus rayonunun Şurnuxu kəndinin icma sədri Akop Arşakyan kəndin yaxınlığındakı Azərbaycan ərazilərini tərk etməməyə çağırış edib.
O, kəndin Azərbaycanın Qubadlı rayonuna düşən hissəsini əldə saxlamaq üçün Ermənistan vətəndaşlarından könüllü döyüşmək üçün Şurnuxa gəlməsinə çağırış edib. Arşakyan razılaşmanın icra olunacağı təqdirdə Şurnuxu kəndinin bir hissəsi ilə yanaşı, Gorus-Qafan yolunun bəzi hissələrinin də Azərbaycanın ərazisinə düşəcəyini əlavə edib.
Daha çox xəbər:
Qafan Azərbaycana qaytarılırmı? – AÇIQLAMA
ÖlkəSON DƏQİQƏ: Bu ərazilər də Azərbaycana QAYTARILIR - Ermənilərə sabah saat 1 ...
Siyasət“Biz geri dönəcəyik...” - Laçının Zabux kəndindəki silahlı erməni qadın - V ...
Video, HadisəKonsul: "Ermənistan işğal olunmuş bütün torpaqları qaytarmalıdır"
Dünyaİranın dini lideri: "Ermənistan işğal etdiyi əraziləri Azərbaycana qaytarm ...
Dünya