Hadisə
26 dekabr 2020
302
Karantində işləyən tədris mərkəzi aşkarlandı - Foto

Xaçmaz rayonunda karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən vətəndaş Elmar Səfiyevin icarə əsasında işlətdiyi tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki yeniyetmələr ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
E.Səfiyevin və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.



Daha çox xəbər:

Karantin qaydalarını pozan təmir məntəqələri aşkarlandı
Cəmiyyət
Qubada karantini pozanlar cərimələndi
Bölgə
Biləsuvarda nişan mərasimi keçirənlər cərimələndi
Hadisə
Gəncədə karantini pozan çayxanalar aşkarlandı - Foto
Kriminal
Azərbaycanda sərt karantinə rəğmən gizli fəaliyyət göstərən çayxana aşkarla ...
Ölkə