Hadisə
07 yanvar 2021
279
Çayxana sahibi və 14 müştəri cərimələndi
Astara rayonunda karantin rejimini pozan çayxana aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Astara RPŞ əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı rayonun Rüdəkənar kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.
Keçirilən baxış zamanı həmin vaxt orada obyektin sahibi Q.Mirzəyevlə yanaşı 14 nəfər müştərinin də olduğu müəyyən edilib. Həmin şəxslər polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.
Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.
Daha çox xəbər:
Çayxanaya gedən şəxslər polis şöbəsinə gətirildi - Foto
HadisəQubada karantini pozanlar cərimələndi
BölgəBiləsuvarda nişan mərasimi keçirənlər cərimələndi
HadisəGəncədə karantini pozan çayxanalar aşkarlandı - Foto
KriminalAzərbaycanda sərt karantinə rəğmən gizli fəaliyyət göstərən çayxana aşkarla ...
Ölkə