İdman
02 avqust 2024
246
Azərbaycan Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 15-ci pilləyə yüksəlib.

Bu irəliləyiş, cüdoçu Zelim Kotsoyevin (100 kq) qızıl medal qazanması ilə mümkün olub. Daha əvvəl digər cüdoçu Hidayət Heydərov (73 kq) da olimpiya çempionu olub.
Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib; onun mükafatı hələ ki, cədvəldə göstərilməyib, çünki mübarizəyə davam edir.
Türkiyə və Ukrayna hər biri 1 gümüş və 1 bürünc medal ilə 35-ci sıradadır, Gürcüstan isə 1 qızıl və 2 gümüş medal ilə 17-ci yerdədir.
Medal sıralamasında ilk üçlükdə Çin (11 qızıl, 7 gümüş, 6 bürünc), ABŞ (9 qızıl, 15 gümüş, 13 bürünc) və Fransa (8 qızıl, 11 gümüş, 8 bürünc) yer alır.
Hazırda 50 ölkə medal qazanıb.
Paris-2024 Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.
Daha çox xəbər:

Zelim Kotsoyev Paris-2024 Olimpiya Oyunlarında Yarımfinala Yüksəlib
İdman
Azərbaycan, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında m ...
İdman
Azərbaycan cüdoçuları Paralimpiya Oyunlarında hamını qabaqladı - FOTO
İdman
Daha bir qızıl medal qazandıq
İdman
İlham Əliyev Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançılarımızı tə ...
Siyasət