İdman
15 dekabr 2020
1023
Azərbaycan indi də idmanda Ermənistanı məğlub edir - VİDEO
Azərbaycan hərb meydanında olduğu kimi, indi də idman sahəsində Ermənistandan üstün olduğunu göstərir.
Oxu.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda Azərbaycan idmançıları artıq iki dəfə Ermənistandan olan həmkarlarından güclü olduğunu sübut edə bilib.
Yunan-Roma güləşi üzrə yarışın gümüş medalçısı İslambəy Dadov 1/4 finalda sonradan bürünc medal qazanan, ötənilki dünya çempionatının mükafatçısı Slavik Qalstyana 7:4 hesabı ilə qalib gəlib.
Daha sonra dünya və Avropa çempionumuz Eldəniz Əzizli bürünc medal qazanmağa gedən yolda Rudik Mkrtçyana aman verməyib.
İdmançımız rəqibini o qədər o tərəf-bu tərəfə edərək xal alıb ki, baş hakim qarşılaşmanı dayandıraraq, Eldənizə vaxtından əvvəl qələbə verib (9:0).
Daha çox xəbər:
Manaf Səmədzadə: Zəfər paradı ordumuzun ən güclü ordulardan biri olduğunu b ...
CəmiyyətQüdrət Həsənquliyev: “Bu qələbə 1918-ci ildən sonra ən möhtəşəm qələbə idi”
SiyasətAzərbaycan Qol Güləşi Federasiyası da şəhid verdi
İdmanRusiyanın məşhur səhifəsi Firdovsi Umudovun görüntüsünü paylaşdı - Video
İdman2021-ci ilin atıcılıq üzrə son yarışı Bakıya salındı
İdman