İqtisadiyyat
12 yanvar 2021
1018
Ucar-Zərdab-Ağcabədi avtomobil yolu yenidən quruldu - FOTO

Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri sürətlə və keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yol ağır yük maşınlarının sayının kəskin artımı nəticəsində müasir tələblərə cavab vermədiyindən aşınmaya məruz qalıb. Bu isə ciddi mənada hərəkətə maneə törədib.
Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılıb.





Daha çox xəbər:

Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər
İqtisadiyyat
Prezident Pirallahıda avtomobil yollarının yenidən qurulması ilə bağlı sərə ...
İqtisadiyyat
Prezident yol tikintisinə 22 milyon manat ayırdı
İqtisadiyyat
18 min insanın istifadə etdiyi yol yenidən quruldu - Fotolar
Gündəm, Ölkə
Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
Gündəm, Siyasət