İqtisadiyyat
23 dekabr 2020
1031
2021-ci ildə də manatın məzənnəsi 1,7 manat səviyyəsində saxlanılacaq - Nazir
2021-ci ildə Azərbaycanın milli valyutası olan manatın ABŞ dollarına olan məzənnəsi 1,7 manat səviyyəsində saxlanılacaq.
Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2021-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, manatın məzənnəsinin saxlanması üçün zəruri addımlar atılacaq.
Nazir deyib ki, növbəti ilin büdcəsi bonus xarakterli büdcə olacaq: “Bu qərar makroiqtisadiyyatı və iqtisadi fəallığın təmin edilməsinə xidmət edir. Ona görə də əLvə vəsait cəlb olunacaq. Bu məqsədlə Dövlət Neft Fondundan 2021-ci ildə büdcəsinə 12,2 mlrd manataın transfert edilməsi planlaşdırılır. İqtisadi fəallığı təmin etmək üçün əlavə mənbələrdən gəlirlər cəlb olunacaq”- nazir vurğulayıb.
Nazir onu da əlavə edib ki, büdcədə ciddi problemlərin yaranmaması üçün büdcə kəsirinin artırılması nəzərdə tutulur.
Daha çox xəbər:
Orta aylıq əmək pensiyası 338, yaşa görə pensiya 370 manat olacaq - Nazir
SosialMilli Məclisdə 2021-ci il büdcə zərfinin müzakirələrinə başlanılıb
SiyasətBu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
SiyasətƏli Əsədovdan 2021-ci il dövlət büdcəsi ilə bağlı QƏRAR
SiyasətGələn il üzrə məzənnə 1.7 manat səviyyəsində götürülüb
İqtisadiyyat