İqtisadiyyat
23 dekabr 2020
1030

2021-ci ildə də manatın məzənnəsi 1,7 manat səviyyəsində saxlanılacaq - Nazir

2021-ci ildə də manatın məzənnəsi 1,7 manat səviyyəsində saxlanılacaq - Nazir


2021-ci ildə Azərbaycanın milli valyutası olan manatın ABŞ dollarına olan məzənnəsi 1,7 manat səviyyəsində saxlanılacaq.

Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2021-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, manatın məzənnəsinin saxlanması üçün zəruri addımlar atılacaq.
Nazir deyib ki, növbəti ilin büdcəsi bonus xarakterli büdcə olacaq: “Bu qərar makroiqtisadiyyatı və iqtisadi fəallığın təmin edilməsinə xidmət edir. Ona görə də əLvə vəsait cəlb olunacaq. Bu məqsədlə Dövlət Neft Fondundan 2021-ci ildə büdcəsinə 12,2 mlrd manataın transfert edilməsi planlaşdırılır. İqtisadi fəallığı təmin etmək üçün əlavə mənbələrdən gəlirlər cəlb olunacaq”- nazir vurğulayıb.
Nazir onu da əlavə edib ki, büdcədə ciddi problemlərin yaranmaması üçün büdcə kəsirinin artırılması nəzərdə tutulur.
Geri 1 2 3 4 5 6 7 8 9 İrəli