İqtisadiyyat
23 fevral 2021
1039

Türkiyədən idxal edilən dondurulmuş hind quşu qiyməsi istehlaka yararsız çıxdı

Türkiyədən idxal edilən dondurulmuş hind quşu qiyməsi istehlaka yararsız çıxdı


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Türkiyə Respublikasında “DİREKÇİ DİS TİCARET” LTD tərəfindən istehsal olunan və "GLOBAL MEAT" MMC tərəfindən ölkəmizə idxal edilən 22.33 ton dondurulmuş hind quşu qiyməsi məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız dondurulmuş hind quşu qiyməsinin zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
Geri 1 2 3 4 5 6 7 8 9 İrəli