Kriminal
29 iyul 2020
285
Hərbçimiz bədbəxt hadisə nəticəsində vəfat etdi

Bu gün saat 09:15 radələrində Dövlət Sərhəd Xidmətinin Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsərrüfat işlərinin görülməsi zamanı ehtiyatsızlıq səbəbindən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
Bu haqda Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Daha çox xəbər:

Hərbçilərimiz qəzaya düşdü — Polkovnik öldü, yaralılar var - SON DƏQİQƏ!
Kriminal
Azərbaycan mayor şəhidini qarşılayır — VİDEO
Siyasət
Əsgərliyə yolasalma başladı
Gündəm, Cəmiyyət
Azərbaycan-İran sərhədində atışma olub, ölən var — FOTO
Kriminal.jpg)
Prezident hərbi xidmətə çağırış haqqında sərəncam imzaladı
Cəmiyyət