Kriminal
26 avqust 2020
274
“Krıtı Malış Gəncəli” çayxanada saxlanıldı - Foto
Gəncədə kriminal aləmin üzvü saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər sakini, 42 yaşlı Zaur İsmayılov şəhər ərazisindəki çayxanaların birində saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, kustar üsulla hazırlanmış, “naqan” tipli revolver tapança,həmin tapançanın barabanından isə 4 ədəd atəşə yararlı 9mm kalibirli “Makarov” tipli tapançanın patronları açkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Məlumata görə, Z.İsmayılov əvvəllər Azərbaycan, Rusiya və Gürcüstanda dəfələrlə məhkum olunub, kriminal aləmdə “Krıtı Malış Gəncəli” ləqəbi ilə tanınır. O, gürcü “qanuni oğru” “Lavaşoğlu Batumski” kimi tanınan Mindiya Qoradze ilə bir yerdə həbsdə olub və onunla yaxın əlaqələri olduğu bildirilir.
Daha çox xəbər: