Kriminal
20 avqust 2020
1105
Saxlanılan icra başçısı bu maddələrlə ittiham olunur
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərova irəli sürülən ittihamlar məlum olub.
“Report” xəbər verir ki, C.Cəfərov 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.
Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
Əməliyyat zamanı icra başçısı ilə yanaşı, başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin saxlanıldığı bildirilir.
Daha çox xəbər:
Kürdəmir İcra Hakimiyyətindəki əməliyyatın VİDEOSU
Gündəm, BölgəKürdəmirin icra başçısı həbs edildi — YENİLƏNİB
Gündəm, HadisəKürdəmir icra başçısının aldığı rüşvətlər açıqlandı — RƏSMİ
CəmiyyətKürdəmir İcra Hakimiyyətində əməliyyat keçirilir - Yenilənir
Gündəm, HadisəKorrupsiyaya qarşı Mübarizə İdarəsindən daha bir əməliyyat — Vəzifəli şəxs ...
Kriminal