Maraqlı
05 yanvar 2021
975
2021-ci ilin əsas qlobal riskləri açıqlandı
Konsaltinq şirkəti “Eurasia Group” 2021-ci ildə onlarla qlobal riskləri ehtiva edən bir reytinq təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, sözügedən risklərin arasında birinci yerdə “bölünmüş Amerika” təhlükəsi durur. Bu vəziyyət ABŞ əhalisinin təxminən yarısının ölkənin hər yeni liderini qeyri-legitim hesab etdiyi bir vəziyyətlə əlaqələndirilir. Mütəxəssislərin fikrincə, belə bir vəziyyət yeni seçilmiş prezident Co Baydenin hakimiyyətə gəlişi ilə daha da inkişaf edəcək.
Sıralamada ikinci yerdə “COVID-19” pandemiyası qərarlaşıb. Koronavirusa qarşı peyvəndlənmə fonunda cəmiyyətin daha zəngin və daha kasıblara bölünəcəyi ehtimal olunur. Analitiklərin fikrincə, bu, bir çox ölkədə vətəndaş iğtişaşlarına səbəb olacaq. Pandemiya iş yerlərinin ixtisar edilməsi, hökumətə inamın itməsi, inkişaf etməkdə olan ölkələrdə borc böhranlarının artmasına yol açacaq.
Üçüncü risk kimi beynəlxalq rəqabətə səbəb olacaq iqlim dəyişikliyinə qarşı mübarizə qeyd olunub.
Bunlardan əlavə, qlobal risklər siyahısına ABŞ ilə Çin arasında artan gərginlik, məlumatların beynəlxalq formatda ötürülməsindəki çətinliklər, rəqəmsal məkanda qlobal bir qarşıdurma ehtimalı, Türkiyə iqtisadiyyatının siyasi nəticələrə səbəb ola biləcək problemləri daxildir.
Daha çox xəbər: