Ölkə
02 dekabr 2020
239

Rza Quluyev: Azərbaycanın qələbəsi

Rza Quluyev: Azərbaycanın qələbəsi


Quluyev Rza Qoca oğlu 1956- cı il 31 yanvar Azərbaycan Respublikası Beyləqan rayonunun Aşıqlı kəndində anadan olmuşdur. 1961-ci ildə Beyləqan rayonunun Aşıqlı kənd orta məktəbinin 1-ci sinifinə qəbul edilmişdir.Ailəsi 1976-ci ildə yaşayış yerini dəyişərək Beyləqan rayonundan Ağcabədi rayonunun Hüsülü kəndində köçmüşdür.Buna görə də o orta məktəbi 1972 –ci Hüsülü kənd orta məktəbində bitirmişdir 1972-1974-cü illərdə Ağcabədi rayonunun Ə.Bünyadov adına kolxozda siravi kolxozçu vəzifəsində işləmişdir. 1975-1977-ci illərdə Büryatiya MSSR-nin Zaiqraevski rayonunda hərbi xidmətdə olmuşdur. 01.09.1978 - 26.11.1980-ci ildə Ağcabədi rayon Rəncbərlər kənd orta məktəbində Pioner Baş Dəstə Rəhbəri , 26 .11.1980-18.10.1983- cü illərdə həmin məktəbdə müəllim , 18.10.1983-24.03.1988- ci illərdə direktor müavini vəzifəsində ,24.03.1988-25.01.2000- ci illərdə Ağcabədi rayonunun Hüsülü kənd orta məktəbində direktor vəzifəsində , 25.01.2000-25.05.2001- ci illərdə Ağcabədi rayon İcra Hakimiyyətində Ərazi İdarəetmə orqanları ilə şöbənin müdiri vəzifəsində işləmişdir .25.05.2001- ci il tarixdən Ağcabədi rayon Mədəniyyət və Turizim şöbəsində müdir vəzifəsində işləmişdir. 05 yanvar 2017-ci il tarixdən Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin Rəisi vəzifəsində işləyir.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Rza Quluyev - Sosial şəbəkələrdə dünyanın istənilən qitəsindən Azərbaycan xalqının haqlı səsini eşidib, “Qarabağ Azərbaycandır” videoları çəkib, internetdə paylaşırlar. Azərbaycanlı olaraq bu videoları izləmək olduqca qürurverici və ən yüksək müsbət emosional fəxr etmə hissləri yaşayır insan!
Bu gün o gündür ki, hər bir Azərbaycanlı “Fəxr edirəm ki, Azərbaycanlıyam” deyir.
Azərbaycan xalqı pandemiya dövründə COVİD 19 infeksiyası ilə ön cəbhədə vuruşduğu an, məkrli düşmən öz hiyləsindən əl çəkmədi.
Düşmən ölkənin baş naziri utanmadan Qarabağa səfər edib, sərxoş vəziyyətdə rəqs edib, Qarabağ üçün planlar açıqladı. Səfil vəziyyətdə yaşayan öz ölkəsinin xalqının inkişafı üçün plan proqramların hazırlanması əvəzinə, öz fəaliyyəti dövründə Azərbaycan xalqını qıcıqlandırmağa çalışaraq, “Qarabağ Ermənistandır və nöqtə” deməklə, bütün dünyaya bəyan etmək istədi ki, BMT-nin qətnamələrini saymıram, və işğal etdiyim torpaqlardan çıxmıram.
Üzücü idi Azərbaycan xalqı üçün bütün bunları müşahidə etmək. Səbr kasası dolsa da, 30 il uzun müddət olsa da, Azərbaycan xalqı bir yumruq olaraq, Ali Baş Komandanın əmrini gözlədi.
30 il gözləntidən sonra 44 günlük ildırım sürətli müharibə nəticəsində Qələbə sevincini yaşadıq.
Biz qalib gəldik!

Cənab İlham Əliyev hər zaman xalqın yanında olan Prezidentdir. Bütün dövrlərdə və yaşanan hadisələrdə Ölkə başçımız, Prezidentimiz cənab İlham Əliyevin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl, Ağdam rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü.
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.
Xöşbəxtəm ki, Azərbaycanlıyam!