Ölkə
12 yanvar 2021
232
İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - FOTO
Vətən müharibəsində sürücü kimi iştirak edən Süleymanov Kamal Ceyhun oğlu dekabrın 31-də Abşeron rayonunda yerləşən hərbi hissədən tərxis edildikdən sonra itkin düşüb. Süleymanovun yaxınları onun itkin düşməsi ilə bağlı polisə və mediayaya bildirsələr də, K.Süleymanovu tapmaq mümkün olmamışdı.
Kamal Süleymanovun yaxınları Trend-ə bildiriblər ki, ötən gün 25 yaşlı gəncin meyiti tapılıb.
Vətən müharibəsinin iştirakçısının meyiti digər iki nəfərlə birlikdə Abşeron rayonunda kirayədə yaşadığı evdə aşkarlanıb. Hər üç şəxs dəm qazından boğularaq ölüb.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü K.Süleymanov müharibənin ilk günündən səfərbərliyə çağırılaraq Füzuli uğrunda döyüşlərdə iştirak edib. O sonuncu dəfə dekabrın 31-də ailə üzvləri ilə danışaraq tərxis olunduğunu və yaxın vaxtlarda evə gələcəyini bildirib.
Daha çox xəbər:
Hadrutda daha 6 erməni hərbçinin meyiti tapıldı
KriminalErməni morqlarında 700 erməni hərbçinin meyiti var
DünyaPaşinyan: “2400 hərbçimiz öldürülüb, yüzlərlə itkin düşən var”
DünyaAzərbaycanda vəzifəli şəxsin meyiti dərədən tapıldı
KriminalSON DƏQİQƏ! Məhkəmə Nərmin Quliyevanın qətli ilə bağlı qərar verdi
Kriminal