Ölkə
14 yanvar 2021
305
Baş infeksionistdən koronavirusla bağlı AÇIQLAMA

Dünyada, o cümlədən Azərbaycanda da koronavirusla mübarizə davam edir. Son aylar ölkəmizdə virusa yoluxma artsa da, görülən karantin tədbirləri infeksiyanın yayılmasının qarşısını almaqdadır. Ölkədə vaksinasiya tədbirləri həyata keçirildikdən sonra isə yoluxmaların sayında ciddi azalma baş verəcək.
Trend məlumatına görə, bunu baş infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, xəstəlikdən sağalan insanların immuniteti də bu işdə rol oynayır:
“Bir tərəfdən insanların xəstələnərək immunitet əldə etməsi, digər tərəfdən vaksinasiya olunaraq süni immunitet qazanması, sonda kollektiv immunitetin formalaşmasına gətirib çıxaracaq. Bu da öz növbəsində xəstələnənlərin sayında xeyli azalmaya səbəb olacaq”.
Baş infeksionist qeyd edib ki, bu proseslərdən sonra virus tam aradan qalxmasa da, bugünkü kimi qlobal səviyyədə xəstələnmələr baş verməyəcək:
“Bundan sonra infeksiya idarə olunacaq səviyyədə olacaq”.
Daha çox xəbər:

Martın 15-dən toyların keçirilməsi ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA
Ölkə
Sərt karantin rejimi 18 yanvar tarixində uzadılacaq? VACİB AÇIQLAMA
Sosial
DİQQƏT! Karantin rejimi ilə bağlı vacib xəbər — 15 gün sonra...
Sosial
Karantin rejimi yenidən sərtləşdirilə bilər — YOLUXMA ARTIR...
Cəmiyyət
Koronavirusla bağlı indiyədək deyilənləri unudun — Nobel mükafatlı alim açı ...
Dünya