Dünya
16 iyun 2020
328
Koronavirusla bağlı indiyədək deyilənləri unudun — Nobel mükafatlı alim açıqlayır
Nobel mükafatlı kimya professoru aylardır dünyanı əsarət altına alan koronavirus təhlükəsi barədə indiyədək deyilənləri təkzib edib.
Professor Miçhel Levit insanları bağlı qapılar arxasında tutmağın onlar arasında təşvişə səbəb olduğunu və elmi həll yolu olmadığını bildirib.
Digər tərəfdən ABŞ-da yerləşən maliyyə qurumu JP Morgan da Levitin fikirlərini təsdiq edən məruzə hazırlayıb. Məruzənin yazarı Marko Kolanoviç hökumətlərin aldığı tədbirləri "çox az təsirli" və "gec" olaraq adlandırıb.
Məhdudiyyətlər yumşaldıqdan sonra Almaniya və Danimarkada virusun yayılma əmsalı aşağı düşüb
Kolanoviç Danimarkada virusun yayılma əmsalının məktəblər açıldıqdan sonra aşağı düşdüyünü və Almaniyada isə yarıya qədər endiyini açıqlayıb.
Ailədaxili zorakılıq artıb
"The Telegraph" qəzetinə açıqlama verən professor Levit karantinin əslində düzgün qərar olmadığını qeyd edib.
"Karantinin heç bir həyat qurtarmadığını düşünürəm. Hətta daha artıq can almış ola bilər. Karantinin verdiyi sosial zərbə daha böyükdür. Ailədaxili şiddət, boşanmalar, spirtli içkilərə meyil daha da artıb".
"Karantinin ardınca yoluxmalarda kəskin artım ola bilər"
Professor Levit karantin qaydalarının yumşaldılmasından sonra virusa yoluxmaların sayında kəskin artım olacağını bildirib:
"Daha əvvəl virusa yoluxmayan insanların anidən sosial həyata qayıtmasıyla virusa yoluxmalarda artım yaşana bilər".
Elm adamı həmçinin karantin rejimini tamamilə effektsiz hesab etmədiyini dilə gətirib: "Müəyyən mənada müsbət nəticələri oldu. İndiki mərhələdə isə hökumət başçıları maska taxmağı və insanları iş həyatlarına dönməyi təşviq etməlidir". (Mediapost)
Daha çox xəbər:
Növbəti həftə karantin rejimi daha da sərtləşdirilə bilər – AÇIQLAMA
CəmiyyətÇoxlu su için: koronadan qoruyur — Professor
Ölkə“Getdikcə yoluxma və ölüm artacaq“ – Azərbaycanlı professordan ŞOK
ÖlkəAzərbaycanda bu bölgələrdə həftəsonu karantin rejimi daha sərtləşdirilə bil ...
CəmiyyətKoronavirus həqiqətən də mutasiyaya uğrayıb? – AÇIQLAMA
Cəmiyyət