Ölkə
29 yanvar 2021
199
Uşağını dodağından öpən valideynlərin nəzərinə!
Bir müddət əvvəl Viktroiya Bekhemin öz qızını dodağından öpərkən çəkdiyi şəklini sosial şəbəkədə paylaşması müzakirələrə səbəb olmuşdu.
Bəs görəsən psixoloqlar övladını dodağından öpən valideynlər haqqında nə düşünür?
Milli.az xəbər verir ki, psixoloqlar valideynlərə azyaşlı övladlarını dodağından öpməyi məsləhət görmür.
Psixoloqların fikrincə bu uşağın öpüşmə ilə bağlı sərhəd anlayışına birbaşa mənfi təsir edir. Uşaq bunun simpatiya göstəricisi olduğunu düşünərək başqalarına qarşı bunu tətbiq etməyə cəhd göstərir və bunun intim hərəkət olduğunu dərk etmir.
Psixoloq Charlotte Reznick bildirib ki, ağız və dodaqlar uşaqların bədənlərinin ən həssas və zərif hissələridir. "Siz uşağı dodağından öpməklə, onun bunu başqasına da icazə verməsinə şərait yaradırsınız", - Charlotte Reznick söyləyib.
Bundan başqa, ekspertlər düşünür ki, uşağı dodağından öpmək gigiyenik cəhətdən də məsləhətli deyil. Çünki, insan ağzında yüzlərlə bakteriya var ki, onlar böyüklər üçün təhlükəli olmasa da, azyaşlılar üçün risklidir.
Daha çox xəbər:
Azərbaycan əsgərləri ermənilərin atdığı uşağı xilas etdilər - VİDEO
MaraqlıBoşanmış valideynlərin karantində uşaqla görüşünə qoyulan məhdudiyyət götür ...
ÖlkəAlmaniyada bir evdən 5 uşaq cəsədi tapıldı
DünyaBakıda altı yaşlı uşağı avtomobil vurdu
HadisəBakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə — MÜRACİƏT
Ölkə