Ölkə
11 iyun 2020
1005
Kürün səviyyəsi minimum həddən aşağı olduğundan çayda 25 adacıq əmələ gəlib — VİDEO
Kür artıq həmin Kür deyil. Nə coşur-daşır, nə də insanları vahiməyə salır. Günbəgün çayın suyu azalmaqda davam edir.
Təkcə Kürün Salyan rayonu ərazisindən keçən hissəsində çayda suyun səviyyəsi son 10-15 gün ərzində bir metrdən çox azalıb. Çayın səviyyəsi minimum həddən aşağı olduğundan çayda 25 adacıq əmələ gəlib.
Vəziyyətin belə həddə olması su nasoslarına da öz təsirini göstərib. Demək olar ki, su nasosları indiki halda tam gücü ilə işləyə bilmir. Yəni məhsuldarlıq aşağı düşüb.
Kür çayında suyun səviyyəsinin həddən artıq aşağı düşməsi su quyularına da təsirsiz ötüşməyib. Hətta həyətlərdə qazılmış su quyuları da qurumağa başlayıb.
Quyular quruduğundan artıq rayon sakinləri quyu suyundan istifadə edə bilmədiklərini bildirib. Mütəxəssislərin fikrincə, Mingəçevir Su Anbarında suyun tənzimlənməsi problemi həll olunmayana qədər vəziyyət kritik olaraq qalacaq.
Daha çox xəbər:
KATV-nin interneti niyə çökdü? – Şirkətdən AÇIQLAMA
CəmiyyətKoronavirusun insan üçün daha bir təhlükəli fəsadı açıqlandı
DünyaKür çayı quruyur, problemlər artır — VİDEO
Cəmiyyət“Azərsu” içməli su qıtlığının SƏBƏBLƏRİNİ açıqladı
ÖlkəKoronavirusla bağlı indiyədək deyilənləri unudun — Nobel mükafatlı alim açı ...
Dünya